9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Bakı Olimpiya Stadionunda möhtəşəm konsert olacaq

Bakı Olimpiya Stadionunda Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə həsr olunmuş konsert təşkil olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionun təşkilatı ilə 31 dekabr tarixində, Yeni il və Dünya Azərbaycanlılar Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti baş tutacaq.

Konsert proqramında yerli ulduzlar olan Röya və Miri Yusif ilə yanaşı türk estrad ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıc, Berksan, Ozan Doğulu, məşhur dj-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

Stadionun əsas meydançada təşkil olunacaq konsert proqramı Yeni ilə geriyə-sayım, bayram salütu və diskoteka ilə davam olunacaq.

Şənliklərlə birgə, əsl bayram əhval-ruhiyəsi üçün 4 ədəd avtomobil və 10 ədəd televizor hədiyyə fondu olan lotereya təşkil olunacaq.

Biletlərin satışı gələn həftə başlayır, biletlərin qiyməti 9 AZN-dən başlayır. Biletləri iticket.az saytı vasitəsilə və şəhərin kassalarında və ASAN Xidmət mərkəzlərində əldə etmək olar.

Konsert proqramın başlanması 20:00 üçün nəzərdə tutulub. Konsertlə bağlı hər-hansı əlavə məlumat Bakı Olimpiya Stadionun saytında və sosial şəbəkələrin rəsmi səhifələrdə əldə etmək olar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31