9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs keçirilib

AFFA-nın Futbol Akademiyasında Lisenziyalaşdırma qrupunun təşkilatçılığı ilə klublarda çalışan Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, kursda aşağıdakı mövzular əhatə olunub:

UEFA və AFFA barədə ümumi məlumat;

Lisenziyalaşdırma sistemi, lisenziyalaşdırma prosesi və iştirakçıları barədə ümumi məlumat;

Lisenziyalaşdırma üzrə qaydalarda (Buraxılış 2016) ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər;

Lisenziyalaşdırma üzrə idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarının icmalı və praktiki məşğələlər;

Kursun əvvəlində UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə “Fair Play” şöbəsinin rəhbəri Andrea Traversonun iştirakçılara ünvanlandırdığı videomüraciət nümayiş olunub.

Seminar zamanı Lisenziyalaşdırma qrupunun əməkdaşları müvafiq sahələr üzrə ətraflı məlumat verərək, iştirakçıların suallarını cavablandırıblar. Eyni zamanda, ötən mövsümlərdə klublar sənədləri təqdim edərkən ən çox rast gəlinən səhvlər və çatışmazlıqlar nümayiş və izah olunub.

Lisenziyalaşdırma qrupunun əməkdaşları ilə birgə AFFA-nın digər şöbə və departamentlərinin əməkdaşları lisenziyalaşdırma sistemi ilə əhatə olunan aşağıdakı mövzulara aid təqdimatlarla çıxış edib, klub nümayəndələri üçün ətraflı məlumat verib və sualları cavablandırıblar:

Klubların akademiyalarında mövcud vəziyyət

AFFA-da oyunçuların qeydiyyat qaydaları (Futbola qoşul proqramı)

Futbolda danışılmış oyunlara qarşı mübarizə

Futbolçulara tibbi xidmətlə bağlı minimum tələblər

Klublar üçün Oyun qaydaları və hakimlik məsələləri ilə bağlı təşkil olunan seminarlar

Uşaq-gənclər yarışlarının keçirilməsinə aid məsələlər

Klublarda Azarkeşlərlə Əlaqələndirici şəxsin vəzifələri

AFFA-nın məşqçilik üzrə təhsil sisteminin strukturu və s.

Seminarın sonunda iştirakçılar yazılı test imtahandan keçərək, kursda iştirak etdikləri ilə bağlı müvafiq təsdiqedici sənədlər əldə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31