6 May 2024, Bazar ertəsi
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu

Minifutbol

Prezident mərc oyunları ilə bağlı fərman verdi

Prezident İlham Əliyev  “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda dəyişikliklər edilməsi haqqında fərman verib.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, prezidentin fərmanında bildirilir ki, ölkədəki idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görülsün. Dövlət başçısı bununla bağlı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıq verib.

Eyni zamanda, Daxili İşlər və Vergilər nazirliklərinə tapşırılsın ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31