Minifutbol
Terror Azərbaycanlı hakimlərin səfərini ertələdi: “Hadisə bizim də başımıza gələ bilərdi”
“Dünən gecə İstanbula, ordan da Bolqarıstana yollanmalı idik. Lakin İstanbul Atatürk hava limanında baş verən məlum üzücü hadisə səfərimizi təxirə saldı”. Futbolxeber.az saytının məlumatına görə, bunu apasport.az-a FİFA dərəcəli hakim Əliyar Ağayev deyib.
Dünən gecə Atatürk hava limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu - kamikadze özünü partladıb, nəticədə 36 nəfər ölüb, 147 nəfər yaralanıb. Bu hadisə səbəbindən Türkiyəyə olan bütün uçuşlar təxirə salınıb.
Dünən səfərə hazırlaşanlar arasında azərbaycanlı hakimlər də var idi. Belə ki, Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov və Rəhim Həsənovdan ibarət hakimlər briqadası Bolqarıstana, Orxan Məmmədov, Yaşar Abbasov, Mübariz Haşımov və Ömər Paşayevdan ibarət briqada isə Sloveniyaya yollanmalı idi. Onlar Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində müvafiq olaraq, “Slaviya” (Bolqarıstan) - “Zaqlebiya” (Polşa) və “Domjale” (Sloveniya) - “Lusitans” (Andorra) qarşılaşmalarını idarə edəcəklər.
Hər iki briqada Bakıdan İstanbula, ordan məlum məkana yollanmalı idi. Lakin Əliyar Ağayev səfərin bu günə qaldığını bildirib: “Axşam hava limanına getmişdik. Orxanın briqadası da bizimlə idi. Sonradan bizə dedilər ki, səfər təxirə salınıb. Hazırda oteldəyik. Saat 12:30-da hava limanına yollanacağıq. Saat 15:00-da isə uçuşdu”.
Hakimlərimiz bir reys əvvəlki təyyarədə yollansaydılar, terror hadisəsinin canlı şahidi ola bilərdilər. Ağayev hadisə qurbanlarına görə çox məyus olduğunu deyib: “Doğrudu, əvvəlki reysdə yollansaydıq, o hadisə bizim də başımıza gələ bilərdi. Qismət belə imiş. Hadisə qurbanlarına görə isə çox üzülürəm. Məsum insanların bu cür qətlə yetirilməsi çox üzücüdü. O ki qaldı indi canımızda qorxu olub-olmadığına, qismətdən qaçmaq olmaz. Alnımıza nə yazılıbsa, o da olacaq”.
FİFA dərəcəli referinin briqadası artıq sabah matça çıxacaq. Ağayev gec yollanmağın onlara problem yaratmayacağını düşünür: “Ümid edirəm ki, gec getdiyimiz üçün bir problemlə üzləşmərik. Bu gün axşam Bolqarıstana çatmalıyıq. Ora uyğunlaşma problemi yaşamayacağımızı düşünürəm”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib