9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Minifutbol

Sabiq “Qalatasaray”lının azərbaycanlı qohumu hava limanında saxlanıldı

Türkiyə yığmasının və “Qalatasaray”ın sabiq futbolçusu Gökhan Zanın qardaşı problemlə üzləşib. Futbolxeber.az saytının məlumatına görə, sabiq müdafiəçinin qardaşı ilə onun həyat yoldaşı Azərbaycandan Türkiyəyə yollanarkən viza problemi ilə qarşılaşıblar.

Belə ki, Səlahəttin Zan və onun Azərbaycan əsilli həyat yoldaşı Ayşan Zan Türkiyəyə qaydarkən “Atatürk” Hava Limanında saxlanılıblar. Pasport yoxlanışı zamanı Ayşan Zanın viza qaydalarını pozduğu məlum olub. Bu səbəbdən də o, problemli yolçular otağına aparılıb.

Məsələ həllini tapmadığından, Səlahəttin Zanın hazırda hava limanında yoldaşını gözlədiyi bildirilib. Ayşan Zanın isə təyyarə ilə Azərbaycana qaytarılması gözlənilir.

Qeyd edək ki, son klubu “Qalatasaray” olan və ötən il karyerasını bitirən 35 yaşlı Gökhan Zan 2005-2013-cü illərdə Türkiyə millisində 35 oyun keçirib.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31