9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

“Zəfər-2015” mükafatlarının təqdimetmə mərasimi keçirilib

“Sportsman” jurnalının təsis etdiyi “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatının növbəti təqdimetmə mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Bilgəhdakı “Jumeirah” otelində keçirilən mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, idmançılar, məşqçilər, idman ictimaiyyətinin digər təmsilçiləri, həmçinin incəsənət və media nümayəndələri iştirak edib.

“İlin federasiyası” (Azərbaycan Güləş Federasiyası), “İlin məşqçisi” (karate məşqçisi Rəhman Hətəmov), “İlin idman hakimi” (boks hakimi Fuad Aslanov), “İlin idman həkimi” (deputat Rəşad Mahmudov) və s. nominasiyalarda qaliblər mükafatlandırılıb.

“İlin idman jurnalisti” nominasiyasında “Zəfər” mükafatına isə “Qızıl top” mükafatının jüri üzvü, “CBC Sport”un əməkdaşı Rasim Mövsümzadə layiq görülüb.

Xatırladaq ki, “Sportsman” jurnalının Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyilə “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatı 2008-ci ildə təsis edilib və hər il ənənəvi mükafatlandırma mərasimi keçirilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31