Minifutbol
"Qurban Qurbanov son illərə qədər bizim bir adam olduğumuzu bilirdi"
Mehman Süleymanovun "11-lik" rubrikasının ikinci qonağı dünən 35 yaşını qeyd edən azerisport.com saytının redaktoru Ruslan Mikayıllı olub. Futbolxeber.az R. Mikayıllının müsahibəsini təqdim edir:
- Futbolla peşəkar səviyyədə məşğul olmusan və bir sıra tanınmış futbolçularımızla birgə oynamısan. Niyə futbolun arxasınca getmədin və necə düşünürsən, səndən yaxşı futbolçu çıxardı?
- Sonuncu sualdan başlasam, deyərdim ki, bəlkə də Azərbaycan səviyyəsində futbolçu ola bilərdim. Amma yaxşı yox, ortabab. Ona görə də yaxşı ki, elə jurnalist olmuşam. 1999-cu ildə Azərbaycan futbolunda baş verən olaylar yəqin ki bir çoxlarının yadindadır. Bax, elə həmin il seçim qarşısında qaldım - oxumaq və ya futbol oynamaq. Təhsil almağa üstünlük verdim və buna görə peşman deyiləm. Birgə çıxış etdiyim fubolçuların bəziləri peşəkar səviyyəyə çıxa bilmədilər və ya o qədər də parlaq olmadılar. Amma Zaur Tağızadə, Emin İmaməliyev, Ramin Quliyev, Vadim Vasilyev və sair adını çəkmədiyim tanınmış futbolçularla meydanda olmuşam. Bir neçə dəfə bir komandada məşq etdiyim Rəşad Sadıqov haqqında kiçik bir xatirə də var. Sadıqovun dəvət aldığı gənclərdən ibarət komandanın ilk məşqində mən də iştirak etmişəm. İndiyə qədər yadımdadır. Özümü yaxşı tərəfdən göstərmək istəyirdim. Bəlkə elə ona görə meydanda aqressiv idim. Epizodların birində Rəşad mənə ərköyüncəsinə “bir az yavaş ol” dedi. Fikrimcə, Sadıqov müstəqil Azərbaycanın ən yaxşı futbolçularından biri olmasaydı, həmin epizodu bu vaxta qədər xatırlamazdım.
- Jurnalda, qəzetdə və saytda işləmisən. Bu 3 mətbu orqanın hər birinin spesifik cəhətləri haqda danışardın. Hansında işləməyi daha rahat, hansında daha çətin sayırsan?
- Hər birində işləmək çətindir və müvafiq məsuliyyət tələb edir. Hər birinin öz spesifik xüsusiyətləri var. Əgər jurnalda çox vaxtı tələsmədən öz işini apara bilirsənsə, qəzetdə və xüsusilə də sayt işində daha operativ olmalısan. Mənim üçün daha doğma və maraqlı olan elə sayt işidir. Bəlkə də ona görə burda işimi uzun muddətdir davam etdirirəm.
- “Azerisport”a gəlişinin tarixçəsini xatırlayardın. Bu ilin noyabrında 10 illik yubileyini qeyd edəcək saytınızın internet, idman mediamızda rolunu necə görürsən?
- Artıq çox doğma olan sayta yaranandan bir neçə ay sonra gəldim. Kiçik qardaşım Rüstəm Mikayıllı vasitəsi ilə saytın baş direktoru olan Vüqar Zeynalovla tanış oldum. Maraqlıdır ki, balaca qardaşım da mənim vasitəmlə həmin hadisədən iki il öncə idman mətbuatına gəldi (gülür). İlk vaxtlar ştatdan kənar və daha çox fotoqraf kimi işimə başlamışdım. Sonralar əməkdaşlığımız möhkəmləndi ve bu səviyyəyə çatdı. Mən işimdən və inanıram ki, Zeynalov da məndən razıdı. Yəqin, bir çox həmkarım mənimlə razılaşar ki, bu saytın ümumiyyətlə, Azərbaycan idman həyatında böyük rolu var. Ümid edirəm ki, hələ bundan sonra uzun müddət olacaq. Bildiyiniz kimi, bizim sayt Azərbaycan türkçəsindən başqa həm də rus dilində fəaliyyət göstərir. Təbii ki, Azərbaycan idmanının həqiqətlərini xarici ölkələrə çatdırmaq baxımından gözəl vasitədir. Fikrimcə, biz bu işi layiqincə görürük. Buna sübut kimi xarici səfərlər zamanı əcnəbi həmkarlarımdan eşitdiyim sözlərdir.
- Uzun illərdir birgə çalışdığın Vüqar Zeynalovun tələbkar, çətin xarakterli olması haqda danışılır. Onunla işləmək nə qədər çətin və nə qədər asandır? Ümumiyyətlə, Vüqar haqda həm rəhbər, həm də jurnalist, iş yoldaşı haqda düşüncələrini bilmək istərdim.
- Dediklərində haqlıdırlar (gülür). Hərçənd, məncə, Vüqarla işləmək o qədər də çətin deyil. Rəisim olduğuna görə demirəm, amma onunla işləmək həqiqətən də maraqlıdı. İşçisini daimi tonusda saxlayır. Rəhbər kimi tələbkar, lazım olanda başa düşən, jurnalist kimi qeyri-adi ideyalarla seçilən, maraqlı məsləhətlərlə fərqlənən insandır. Vüqar həm də zarafatçıldı. Zarafatları da bəzən qeyri-adidir. Vuqarvaridi – özünəməxsusdur. Hərdən gülməli olmasa da (gülür). Ümid edirəm ki, bu müsahibəni oxumayacaq, yoxsa işdə ən sevdiyi sözü işlədəcək – “ştraf”. Yəni cərimə. Bu sözü tez-tez işlətsə də, nadir hallarda cərimə edir. Tez küsəndir, amma tez də unudandır. Qısası, əks düşərgələrdə işləyən həmkarlarımın sözlərinə qatılıram - rəhbər elə olmalıdır.
- İnternet mediamızda rəqabəti necə gördüyünü, əsas rəqiblər kimi hansı saytların saydığını açıqlayardın. "Apasport" - "Azerisport" rəqabətinin əsas özəlliyini nədə görürsən?
- Saytların çox olmasından, yoxsa qeyri-peşəkarların çoxlugundan, amma son illər rəqabətə marağım qalmayıb. Amma bir neçə il bundan qabaq kifayət qədər keyfiyyətli rəqabət var idi. “Apasport”la “Azerisport” ölkənin ən köklü iki idman saytıdır. Əsas özəlliyi də ondan ibarətdir ki, hər iki media qurum bir-birinin işinə hörmətlə yanaşır. Əsas rəqiblər arasında da Apasport.az-dan başqa Qol.az və Futbolinfo.az saytlarını qeyd edərdim.
- Səni peşəkar fotoqraf da saymaq olar. Fotokameraya həvəs, maraq nə vaxt, necə yarandı və fotoreportyor kimi özünü necə hiss edirdin?
- Özümü peşəkar fotoqraf saymıram. Düşünürəm ki, bu, əsl peşəkarlara qarşı düzgün olmazdı. Gözəl mənzərəni görəndə, həmişə yaddaşa köçürmək istəmişəm. Bu həvəs jurnalistikaya gəlməmişdən önsə yaranmışdır. İlk dəfə kameranı əlimə 2005-ci ildə “Futbol bez qranits” jurnalında işləyəndə almışam. Bu peşədə özümü rahat hiss eləsəm də, daha çox müxbir kimi yadda qalmagı istəmişəm.
- Şəkil çəkdirməyi xoşlamamağın nəylə bağlıdır? Bəlkə bu, fotoqraflarda yazılmamış qanundur...
- Bu sualı mənə dəfələrlə vermisən, amma cavabını indi deyəcəm. Açığı özümü heç vaxtı fotogenik hesab etməmişəm.
- Məncə, idman mediamızda ən çox xarici səfərlərdə olan jurnalistsən. Hansı ölkədə olmaq daha ürəyincədir, harada olmağı hələ də arzulayırsan, hansına isə getməkdən bezmisən?
- Xarici səfərlərimin dəqiq sayı yadımda olmasa da, amma 40-a yaxındır. İlk illərdə səfərlərə həm iş, həm də yeni sərhədləri açmaq gözü ilə baxmışam. Amma son illər ölkələr yeni olsa da, məni təəcübləndirmək olduqca çətindir. Ona görə də səfərə əsasən iş kimi baxıram. Belə işdən necə bezmək olar? Bizə hər tərəfdən yaxın olduğuna görə Türkiyədə olmaq həmişə ürəyimcə olub. Səfərlərdə əhvalatlar çox olub. 2010-ci futzal üzrə Avropa çempionatında Rusiya milli yığma komandasinın baş məşqçisi ilə müsahibə almağa getmişdim. Az.TV-nin müxbiri bizimlə idi. İlk cavabında hiss elədik ki, baş məşqçi bizdən öncə kifayət qədər spirtli içki qəbul edib. Rusların mətbuat katibi vəziyyəti başa düşüb, göz işarəsi ilə müsahibəni bir az tez yekunlaşdırmağı işarə etdi. Mənim TV-dəki həmkarım işarəni görməyib ele bir uzun sual verdi ki, sərxoş vəziyyətdə olan baş məşqçi elə ancaq özü başa düşəcək cavabı verdi.
- İdman mediasında qardaşlar kimi çalışmağın daha çox üstünlüklərinin, yoxsa belə demək mümkünsə, problemlərinin olduğu mənə maraqlıdır. Elə olub ki, səni qardaşınla səhv salıb, hansısa yazıya görə "razborka" ediblər?
- Qardaşıma görə hər hansı bir üstünlük və ya problem yaşamamışam. Amma indiyə kimi bir çox futbol adamı məni onunla səhv salır. İndiyə kimi məni Rüstəm deyə çağıranlar var. Hətda eşitdiyimə görə, Qurban Qurbanov son illərə qədər bizim bir adam olduğumuzu bilirdi.
- Siz rusdilli yazarların əsas özəlliyini nədə gördüyünü öyrənmək istərdim. Elə olub ki, doğma dilində yazmaq haqda düşünmüsən və buna cəhd etmək səndə necə alınıb?
- Əsas özəllik odur ki, bizi xaricdə də oxuya bilirlər. O haqda düşünmüsəm və yazmışam da. Təbii ki, daimi rus dilində yazandan sonra öz ana dilimizdə operativ və daha səlis yazmaq çətin olub. Bu da mənim səhvimdir. Rus dilində yazmağıma baxmayaraq, öz dilimizdə də daim işləməliyəm.
-. Səninlə birgə xaricdə səfərdə olduğum müddətdə müşahidələrimə əsasən yeməyinə, onu vaxtında etməyinə çox fikir verdiyini deyə bilərəm. Buna əsasən səni qurman insan sayıram. Bununla nə dərəcədə razısan?
- Yemək yeməyi sevdiyimi heç vaxt gizlətməmişəm. Ən əsası, yeməyi vaxtında yeməyi lazım bilmişəm. Düzdür, son bir ildə yeməyimə daha diqqətlə yanaşib çəkimi 85 kq-dan 71-ə endirmişəm. Amma yenə də məni tam əminliklə qurman adlandırmaq olar. Məncə, yaxşı yeməyi əksər kişilər xoşlayır. Sonda onu da qeyd etmək istəyirəm ki, bu verdiyim ilk müsahibədir. Daha çox müsahibə almağı sevirəm və bu kimi təkliflərdən qaçmışam. Amma bu dəfə alınmadı (gülür).
Mehman SÜLEYMANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Klublar Komitəsinin iclası keçirilib
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib