9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

DÇ: daha 2 boksçumuz 1/4 finalda

Qətərdə boks üzrə dünya çempionatı davam edir. Futbolxeber.az-ın boks federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, daha iki idmançımız 1/4 final mərhələsinə vəsiqə qazanıb. Yeniyetmələrin Olimpiya oyunlarının qalibi Rüfət Hüseynov (49 kq) 1/8 final mərhələsində özbəkistanlı Hasanboy Dusmatovla qarşılaşıb. Gərgin mübarizə şərairtində keçən görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb – 2:1. Milli komandamızın üzvü növbəti mərhələdə ukraynalı Dmitri Zamotayevlə üz-üzə gələcək. Qeyd edək ki, Zamotayev Bakıda keçirilən Avropa Oyunlarının bürünc mükafaçısı olub.

Dünya çempionatının digər debütantı Tayfur Əliyev də (56 kq) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz 1/8 final mərhələsində monqolustanlı İderkhuu Enhjarqalı məğlub edib  – 3:0. Boksçumuz ¼ final mərhələsində irlandiyalı Maykl Konlanla qarşılaşacaq. Son Avropa çempionu olan Konlan həm də London Olimpiadasının bürünc mükafatçısıdır.   




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31