9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

Cinayətkarlar 11 qat Azərbaycan çempionunu bıçaqladılar

İyulun 28-də Qaradağ rayonu ərazisində ​11 qat Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4 qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası, polis kapitanı Kamil Şərifov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə oxu.az-a çempionun dostu, tanınmış məşqçi Kamil Zeynallı açıqlama verib.

Məlumata əsasən, Qaradağ rayonunun Qobu qəsəbəsində oğurluq hadisəsini araşdıran polis kapitanı Kamil Şərifov tək başına beş nəfər şübhəli şəxsi saxlamaq istəyib. Şübhəli şəxslər polisə tabe olmayaraq, ona hücum ediblər və cinayətkarlardan biri polis kapitanına qəflətən 3 bıçaq zərbəsi endirib.

11 dəfə Azərbaycan çempionunu bıçaqlayan şəxslər ərazidən uzaqlaşıblar.

Onun sözlərinə görə, 4 qat dünya çempionu təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, orda da əməliyyat olunub.

K.Şərifov hazırda Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunur.

K.Şərifovun yaxın dostu, məşqçi Kamil Zeynallı öz İnstagram səhifəsində onun xəstəxana çarpayısında uzanıqlı vəziyyətdə fotosunu yayıb.

Fotonun yanındakı şərh bölümündə isə yazılıb:

“Allah şəfa versin, qardaşım. 2 saat keçən əməliyyatdan sonra yaxşıdır hər şey. Səni belə incidənlər çox getməz, qardaşım. “Prince Baku”, daima biz dostların sənin yanındayıq... Gecə saat 1-də vəzifə borcunu yerinə yetirərkən 5 şübhəlini saxlayıb, sonda əlbəyaxa olublar, 3 bıçaq zərbəsi alıb”.

Qeyd edək ki, K.Şərifov idmançılar arasında “Prince Baku” ləqəbi ilə də tanınır.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31