9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

UEFA-nın "Fair Play" reytinqində 31-ci olduq

UEFA-ya üzv ölkələrin “Fair Play” reytinqinin yekun cədvəli açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, cədvəldə 2012-ci il mayın 1-dən 2013-cü il aprelin 30-dək olan müddəti əhatə edən dövrdə klub və yığmalar səviyyəsində keçirilmiş 1712 oyun nəzərə alınıb.

Reytinq siyahısına Skandinaviya təmsilçiləri başçılıq edirlər. İlk pillədə İsveç qərarlaşıb. Bu ölkənin komandaları 97 oyuna əssən 8,299 xal toplayıb. 92 oyun keçirən Norveç komandaları 8,288, cəmi 66 matça çıxan Finlandiya təmsilçiləri 8,227 xala malikdir. Qitə miqyaslı klub turnirlərinin Əsasnaməsinə görə, “Fair Play” reytinqində ilk 3 yeri tutan milli assosiasiyalar Avropa Liqasında hərəyə bir əlavə yer alırlar.
 
Azərbaycan 53 ölkə arasında 31-ci yerdədir. Bu müddətdə 49 oyun keçirmiş komandalarımız ölkəmizin aktivinə 7,725 xal yazdırıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31