9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

"Qarabağ"dan daha bir möhtəşəm aksiya

 

Futbolun kütləviliyi naminə daim fərqli  tədbirlər həyata keçirən "Qarabağ" Futbol Klubu daha bir möhtəşəm layihə həyata keçirib. Futbolxeber.az-ın məlumatına görə, ölkənin ən böyük alış-veriş mərkəzlərindən sayılan "Park Bulvar"da klub tərəfindən promo-aksiya keçirilib. Belə ki, alış veriş mərkəzində quraşdırılmış "Qarabağ" FK-ya məxsus stenddə  Premyer Liqanın 29-cu turu çərçivəsində sabah baş tutacaq "Qarabağ" - "Neftçi`  matçıyla bağlı təbliğat aparılması ilə yanaşı vətəndaşlara "Qarabağ" aksesuarları qazanma şansı yaradılıb. Belə ki, "Qarabağ" FK-yla bağlı bir suala cavab verən şəxs "Qarabağ" - "Neftçi" oyununa bilet əldə etməklə bərabər "Qarabağ" şərfi, forması, şapkası və s. qazanma şansını saxlayır. "Qarabağ" FK-ya aid fərqli suallara cavab verən şəxslər qeyd etdiyimiz məhsullarından birini əldə etmiş olur.

AVM- də böyük diqqət cəlb edən layihədə "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də iştirak edib. Hətta 1 suala cavab verərək simvolik olaraq "Qarabağ" - "Neftçi" görüşünə bilet də əldə edib.

Axşam satlarına qədər davam edən layihə bugün də davam edəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31