9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Minifutbol

“Simurq”un futbolçularından örnək addım

U-13 liqasının final mərhələsində mübarizə aparan “Simurq”, bu gün xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatala klubunun futbolçuları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, onların  məzarları önünə tər qərənfillər düzüblər.

Qeyd edək ki, C qrupunda mübarizə aparan “Simurq”un U-13 komandası sabah "Neftçi" ilə üz-üzə gələcək. Dünən Astaranın "Sərhədçi" klubunu 2:1 hesabı ilə məğlub edən Zaqatala təmsilçisinin hazırda hesabında 4 xalı var. Bu görüşdə bir xal qazansa 1/4 final mərhələsində mübarizəni davam etdirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31