26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Minifutbol

AVRO-2020 vaxtı Bakıda əcnəbi azarkeşi qarət edən şəxs tutulub

Bakıda hosteldən oğurluq edən şəxs saxlanılıb.

Futbolxeber.az saytının məlumatına görə, hadisə "Travel İnn Hostel"də qeydə alınıb.

Belə ki, AVRO-2020 oyunlarını izləmək üçün Bakıya gələn Türkiyə və Fransa vətəndaşı, azarkeş Altındağ Muhammedin qaldığı hoseldə əmlakı oğurlanıb.

Həmin şəxs azarkeşin çarpayısının altındakı əmlakını yığdığı dolabdan 100 manat dəyərində pul kisəsini, "iPhone 6S" və "iPhone XS" markalı mobil telefonları, "Apple Airpods 2+etui" qulaqcıqlarını, 100 manatı, eləcə də 50 avronu oğurlamaqla ümumilikdə zərərçəkmişə 1505 manat maddi ziyan vurub.

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində "Travel İnn Hostel"dən oğurluq edən Beyləqan rayon sakini Elnur Canbazov saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30