26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Bakıda səs-küylü qarətlər: Ceyhun Sultanov ifadə verdi

“Keşlə”nin idman direktoru Ceyhun Sultanov Yasamal Rayon Baş Polis İdarəsinə çağırılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu haqda matc.az saytına millimizin sabiq futbolçusunun özü məlumat verib. O bildirib ki, polisə dəvət edilməsi 3 il əvvəl mənzilində edilən oğurluq hadisəsi ilə bağlıdır. 
 
“3 il öncə evimdə oğurluq olmuşdu. Yeni ili qeyd etmək üçün ailəmlə xaricə getmişdik. Evə qayıdanda qapının sındırıldığını gördüm. Mənzilin işıqları yanırdı. Mənzilə bayırdan daxil olmuşdular. 22 mərtəbəli binanın 11-ci mərtəbəsinə girmişdilər. Mənim üçün müəmmalı qalmışdı ki, oğrular bunu necə bacarıb. Evdən şuba, qızıllar aparmışdılar. Bildiyimə görə, həmin dəstə artıq tutulub” – deyə, Sultanov bildirib. 
 
Onun sözlərinə görə, bu gün həmin hadisə ilə bağlı yenidən ifadə verib: “Bu gün müstəntiq məndən ifadə aldı. Bu işin izinə düşdükləri üçün müvafiq orqanlara təşəkkür edirəm. Peşəkar oğrular olub. Bundan sonra necə olacağını isə bilmirəm”.
 
Qeyd edək ki, Bakıda çoxmərtəbəli binalardan oğurluq edən dəstə tutulub. Onların oğurluq etməmişdən əvvəl xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak etdiyi bildirilir. Həmin kurslarda öyrəndikləri vərdişlər sayəsində hündürmərtəbəli binaların damından kəndirlə oğurluq edəcəyi mənzillərin eyvanına düşüblər.
 
Onların ətraflarında həyata keçirilən zəruri-istintaq hərəkətləri zamanı müəyyən edilib ki, Cavid Süleymanov və Əhməd Əhmədov bir müddətdi paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər rayonlarında onlarla hündürmərtəbəli binalarda yerləşən mənzillərdən oğurluqlar ediblər. (Matç.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30