26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Minifutbol

ÇL-dən kənar qalan “Arsenal”ın gəliri 62 faiz azalıb

Çempionlar Liqasına düşmədiyi üçün İngiltərənin “Arsenal” klubunun əməliyyat gəliri 62 faiz azalıb.
 
Futbolxeber.az xəbər verir ki, bu barədə London təmsilçisinin 2017/2018 mövsümünün ilk yarısı üçün açıqladığı maliyyə hesabatında bildirilir. Bir il əvvəl 54,4 milyon funt sterlinq gəlir götürən "topçular"ın hazırkı mənfəəti 20,7 milyon təşkil edib.
 
Əmək haqqı ödənişlərində isə 13,2 milyonluq artım qeydə alınıb. Vergiləri çıxdıqdan sonra klubun xalis gəlirində də artım var. Londonluların qazancı 12,6 milyon funt sterlinqdən 25,1 milyona yüksəlib. Buna “Arsenal”ın bəzi futbolçularını satması səbəb olub.
 
Qeyd edək ki, hesabatda Pyer-Emerik Obameyanqın bu il yanvarın 31-də Almaniyanın “Borussiya” (Dortmund) klubundan 63,75 milyon avroya transfer olunması nəzərə alınmayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30