20 Yanvar 2018, Şənbə
Etopaz-da bu gün 37 canlı oyun
“Səbail” “Sumqayıt”ı məğlub etdi
Etopaz-da bu gün 17 canlı oyun
Millimiz FİFA reytinqində gerilədi

Maqazin

Hafiz Məmmədov - 53!

Bu gün “Bakı” Futbol Klubunun prezidenti Hafiz Məmmədovun ad günüdür.

Futbolxeber.az saytının məlumatına görə, Hafiz Məmmədovun 53 yaşı tamam olur. O, 2004-cü ildən etibarən “Bakı” klubunun prezidentidir. Hafiz Məmmədovun rəhbərliyi altında komanda 2 dəfə ölkə çempionu olub, 3 dəfə kuboka sahib çıxıb, həmçinin Avroliqanın play-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Hafiz Məmmədov 8 böyük futbol meydançası olan və 300 uşağın təlim aldığı futbol akademiyasından ibarət möhtəşəm bir futbol bazasını Azərbaycan futboluna təqdim edib. Hal-hazırda bu akademiyanın məzunlarından 40-ı Azərbaycanın müxtəlif yaş qrupları üzrə milli komandalarında forma geyir. “Bakı”nın yetirmələrinə Premyer Liqa və I divizionun əksər klublarında rast gəlmək mümkündür.

Hafiz Məmmədov uğurlu iş adamı olması ilə bərabər Azərbaycanın dünyada təbliği yönündə də böyük işlər görüb. İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları ilə əməkdaşlıq sayəsində hər iki Avropa ölkəsində, eləcə də bütün dünyada  ölkəmizi yüz minlərlə insanlar tanıyıb. Hər iki klubun oyun formasında "Azerbaijan- Land of fire" loqotipi görüntülənib.

Biz də Hafiz bəyi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik.

Ad gününüz mübarək, Hafiz bəy!


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31





Click to Visit