27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Futzal

Kaka: “Qazaxıstan və Azərbaycan qrupun ən güclüləridir”

“Qazaxıstan və Azərbaycan qrupun ən güclüləridir. Hər iki komandanın qrupda ilk iki yeri tutmaq üçün yaxşı imkanları var”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Qazaxıstan futzal millisinin baş məşqçisi Kaka Azərbaycana 4:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib: “Başqa cür gözləmirdim. Azərbaycanla oyunlarımız həmişə gərgin keçib. Aktaudakı görüş də eynilə bugünkü ssenaridə keçmişdi. Çox maraqlı oyun alındı. Bizim üçün 3 xal vacib idi və buna nail olduq. Qələbəyə layiq idik”.

O, komandasının birinci hissədə hesabda geri düşməsinə baxmayaraq, sonda qələbə qazanmasını belə əsaslandırıb: “Fasilədə futbolçulara dedim ki, eyni formada pressinq etməlisiniz, gec-tez qollar gələcək. Bunu da bacardıq”.

Baş məşqçi komandalar arasında Qazaxıstanda keçiriləcək ikinci matçdan gözləntilərini də bölüşüb: “Azərbaycan çox güclü rəqibdir. Görüşə ciddi hazırlaşacağıq. Qazaxıstanda oynayacağımız üçün müəyyən üstünlüyümüz ola bilər. Amma yenə də görüşə ciddi yanaşacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30