27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Futzal

Niderland millisinin baş məşqçisi: “Yenidən Bakıda olmaq çox xoş oldu”

“İlk növbədə rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Mən daha əvvəl Azərbaycanda işləmişəm. Ona görə də bu ölkə mənə əzizdi. Matça gəldikdə, bu gün daha yaxşı oynaya bilərdik. Lakin ümumi götürdükdə oyunçularımdan narazı deyiləm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri DÇ-2024-ün Elit raundu çərçivəsində Bakıda Azərbaycan yığmasına 1:6 hesabı ilə uduzan Niderland millisinin baş məşqçisi Migel Andres deyib.

O, ardıcıl 2 yenilgiyə baxmayaraq, sona kimi mübarizə aparacaqlarını bildirib: “1, ya 2 məğlubiyyət bizim üçün faciə deyil. Qrupda mübarizə davam edir. Bəzi oyunçular yenidirlər və onları tanımalıyam”.

Migel Andres yenidən Bakıda olduğu üçün məmnunluğunu bildirib: “Yenidən Bakıda olmaq çox xoş oldu. Məmnunluq hiss duydum. Burada insanlardan xoş münasibət, qonaqpərvərlik gördük”.

Yenidən ölkəmizdə çalışmağa hazır olduğunu söyləyən Andres Qazaxıstan və Azərbaycan millilərini müqayisə etməkdə çətinlik çəkdiyini söyləyib: “Bu iki komanda ilə fərqli situasiyalarda qarşılaşmışıq. Biz Qazaxıstana qarşı evdə oynamışdıq. Həmin matçda komandamız daha istəkli idi.  Lakin bu gün səfərdə çıxış eidrdik. Tam istədiyimiz kimi hazırlaşa bilmədik. Üstəlik, uzaq səfər də bir qədər yorğunluğa səbəb oldu”.

İbrahim CƏFƏROV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30