9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Futzal

Millimizin üzvü: “Vacib olan evdə hər 3 oyunda qələbə qazanmaqdı”

Futzal üzrə Azərbaycan millisinin üzvü Tyaqo Bolinya Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, DÇ-2024-ün elit-raundunun püşkü barədə danışıb.

Azərbaycan millisi Qazaxıstan, Rumıniya və Niderland yığmaları ilə qarşılaşacaq. Tyaqo isə görüşlərin çətin keçəcəyini deyib:

“İşimiz çətin olacaq, ancaq yaxşı şansımızın olduğunu da deyə bilərəm. Nisbətən Qazaxıstan millisi favorit hesab olunur. Onların son illərdə daha yaxşı çıxış etdiklərini nəzərə almaq lazımdır. Rumıniya millisi ilə qarşılaşmasaq da, klub səviyyəsində "Araz-Naxçıvan"ın heyətində onların çempionu olmuş “Deva” ilə üz-üzə gəlmişdik. Məğlub olduğumuz qarşılaşma çox çətin keçmişdi. Niderland isə 1 il əvvəl Avropa çempionatına ev sahibliyi etməklə yanaşı, iştirak etmək hüququ da qazanmışdı. Güclü rəqibdir. Ancaq indiyəqədərki nəticələrə, iştirak etdikləri turnirlərə diqqət yetirsək, Qazaxıstan qədər deyillər".

Bolinya komandadakı çatışmazlıqları aradan qaldırmağa çalışacaqlarını deyib: "Biz də yaxşı oynayırıq, qatıldığımız yarışlarda favorit hesab olunuruq. Təbii ki, sözlə heç nə həll olunmur. İddian böyükdürsə və ona çatmaq istəyirsənsə, yaxşı hazırlaşmalısan, bir neçə toplanış keçirməlisən, yoldaşlıq oyunlarında gücünü sınamalısan və rəsmi oyunlara qədər hansı çatışmazlıqların varsa, onları qaydasına salmalısan. Komandamızın əksər üzvü başqa klublarda, çempionatlarda çıxış edir, fərqli üslubda oynayırlar. Bir yerdə daha çox məşq etməliyik ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirək, istədiyini özünə qaytaraq. Yenə deyirəm, nəticəmiz yaxşı ola bilər. Çünki komanda yoldaşlarıma güvənirəm.

Vacib olan evdə keçirəcəyimiz hər 3 oyunda qələbə qazanmaq, səfər matçlarında isə mümkün qədər çox xal toplamaqdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31