9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Futzal

Millimizin kapitanı: "Normal qrupa düşmüşük"

Futzal millimizin kapitanı Emin Kürdov DÇ-2024-un elit-raundunun püşkünü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli oyunçu Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında daha çox Qazaxıstan və Niderlanddan ehtiyat etdiklərini bildirib:

“Normal qrupa düşmüşük. Rəsmi oyunlar öncəsi yaxşı hazırlıq keçməli, bir neçə yoldaşlıq oyununda gücümüzü sınamalıyıq. Zəif komanda yoxdur. Yarışa 48 komanda ilə başlanılıb, hazırda 20 milli mübarizəni davam etdirir. Ona görə hər bir komandaya hörmətlə yanaşmalıyıq. Elə qrupda yer almışıq ki, sanki güclər bir-birinə yaxındır. Yəni hər bir iştirakçı digərindən xal ala bilər. Qazaxıstan və Niderlanddan daha çox ehtiyat edirəm. Rumıniyanı da siyahıdan silmirəm. Üstəlik, hər bir komanda rəqibini doğma meydanda da qəbul edəcək. Bu isə meydan sahibi olacaq milliyə əlavə üstünlük verəcək.

Əlbəttə, arzulayıram ki, karyeramda ikinci dəfə dünya çempionatının final mərhələsində iştirak edim. Futzal adına ən mötəbər turnirdir.

Hazırlıq mərhələsindən çox şey asılıdır. Bu prosesi yaxşı keçirsək, qarşıya qoyulan məqsədə nail olmaq mümkündür. AFFA hər zaman milliyə diqqət ayırıb, yaxşı şərait yaradıb. Bu dəfə də belə olacağına inanıram.

Məncə, “ölüm qrupu” E, C qrupunu isə nisbətən “yüngül” qrup adlandırardım”.

Qeyd edək ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla üz-üzə gələcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31