27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Futzal

Millimizin üzvü: "Əsas mərhələni qrup lideri kimi tamamlamalıyıq"

"Keçirəcəyimiz hər iki oyun bizim üçün əhəmiyyətlidir. Çünki komandanın qarşısına konkret tapşırıq qoyulub: əsas mərhələni qrup lideri kimi tamamlamaq. Bunun üçün də yaxşı şansımız var".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futzalçısı Tyaqo Bolinya DÇ-2024-ün əsas mərhələsində Yunanıstan və Polşa yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
 
36 yaşlı oyunçu bildirib ki, görüş kənardan asan dəyərləndirilsə də, meydanda hadisələr heç də proqnozlaşdırıldığı kimi cərəyan etməyəcək: "Bunun üçün yaxşı hazırlaşmalı, oyuna konsantrasiya olmalıyıq. Düzdür, Afinada rəqibimizi 7:0 hesabı ilə yenmişik. Ancaq hər qarşılaşma fərqli olur. Rəqibimizə hörmətlə yanaşmalıyıq".
 
Braziliya əsilli futzalçı Polşaya qarşı görüşün çox çətin keçəcəyini söyləyib: "Onlar fiziki cəhətdən güclü, təcrübəli futzalçılardan təşkil olunmuş komandadır. Bakıdakı matçı da xatırlasaq, vəziyyət aydın olar. Hazırda turnir cədvəlinə Azərbaycan millisi başçılıq edir. Son iki matçdan sonra da hazırkı mövqeyimizdə yer almaq istəyirik. Şansımızı düzgün dəyərləndirməyə çalışacağıq".
 
O, komandadakı atmosfer çox yaxşı olduğunu vurğulayıb: "Demək olar, hamımız yaxşı formadayıq, öz klublarımızda daimi oynayırıq, hazırıq. Problem vaxt azlığı ilə bağlıdır. Bu müddəti də FİFA təyin edir. Biz keçirəcəyimiz 5 məşqdən maksimum istifadə etməli, baş məşqçinin taktiki tapşırıqlarını mənimsəməliyik. Əmin ola bilərsiniz ki, meydana kim çıxsa, bacardığının ən yaxşısını edəcək. Yeri gəlmişkən, azarkeşlərimizə səslənirəm: martın 3-də hər birinizi Bakı İdman Sarayında gözləyirik. Dəstəyiniz bizim üçün vacibdir. İndiyə qədər bizi yalqız buraxmamısınız, bu dəfə də belə olacağına əminəm”.
 
Qeyd edək ki, Azərbaycan millisi martın 3-də Bakı İdman Sarayında Yunanıstanı qəbul edəcək. Matç saat 20:00-da başlayacaq. Yığma 4 gün sonra isə Koszalin şəhərindəki idman zalında Polşa ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30