9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Futzal

Rizvan Fərzəliyev: “Yaxşı hazırlıq keçməliyik ki...”

“Yunanıstanla ilk duelimiz onların meydanında olmuşdu. Həmin görüşdə 3:0 hesablı qələbə qazanmışdıq. Bu dəfə isə doğma meydanımızda üz-üzə gəldik".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri futzal millimizin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının seçmə mərhələsində Bakıda Yunanıstanla keçirilən oyundan sonra azfutzal.az-a açıqlamasında deyib.

O, 4:0 hesablı qələbəni belə şərh edib: "Açığı, buna qədər qarşıya qoyulan tapşırığın öhdəsindən gəlmişdik. Buna baxmayaraq, doğma meydan amilindən maksimum istifadə etməyə çalışdıq. Üstəlik, reytinq xallarımızı da artırmaq istəyirdik. Qarşılaşma tam üstünlüyümüz şəraitində keçdi və bu dəfə daha çox qol vurduq. Artıq 6-cı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcəyik. Təbii ki, həmin mərhələnin oyunlarına hələ kifayət qədər vaxt var. Yaxşı hazırlıq keçməliyik ki, ordakı oyunlarda da uğur qazanaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31