9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Futzal

“Gücümüzü sözdə yox, meydanda deməliyik”

Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 14-də Bakıda Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi məşqlərini davam etdirir. Futbolxeber.az saytının məlumatına görə, zədə səbəbindən Slovakiya yığmasına qarşı çıxış etməyən Tyaqo Bolinha və Hadi Ahmadi də kollektivə qoşulub. Dünənki məşqdən sonra komandanın hücumçusu Bolinha azfutzal.az-a müsahibə verib.

- Zədən nə yerdədir?

- İki gündür ki, komanda ilə birgə məşq edirəm. Məşq zamanı zədə almışdım və çox çətin idi. İndi özümü yaxşı hiss edirəm. Topla çalışmaları yerinə yetirən zaman yüngül də olsa ağrı hiss edirəm.

- Baş məşqçi şans versə, meydana çıxa biləcəksən?

- Əlbəttə, özümü oyuna tam hazır sayıram. Yüngül ağrı meydana çıxmağıma mane ola bilməz. Həkimin köməyi ilə ağrıya da qalib gələcəm.

- Yunanıstanla artıq bir dəfə qarşılaşıb millimiz. Bu rəqiblə bağlı nə düşünürsən?

- Kimsə düşünə bilər ki, filan komanda zəifdir və ya asan məğlub ediləcək. Amma mənim üçün zəif rəqib anlayışı yoxdur. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdır. Yunanıstan Moldova ilə oyunda heç-heçə etməklə bunu sübut etdi. Biz də gücümüzü sözdə yox, meydanda deməliyik.

- Məqsədinə çatmış millimizi bu oyuna stimullaşdıracaq məqam hansıdır?

- Biz bu oyunun favoritiyik. Rəqibə hörmətlə yanaşsaq da, bunu deməliyəm. Motivasiya bütün oyun üçün olur. Biz qələbə ilə başlamışıq, qrup mərhələsini də 3 xalla yekunlaşdırmalıyıq. Reytinq xallarımızı artırmalıyıq, doğma meydanda oynayırıq, onu özümüz üçün üstünlüyə çevirməliyik.

- Slovakiya ilə səfər oyununda iştirak etmədin. Televiziya vasitəsilə komanda yoldaşlarını izlədinmi?

- Levice şəhərinə getməsəm də, oyunu izlədim. Həmin vaxt Bakıda fizioterapiya və reabilitasiya keçdim və görüşü izləmək imkanım oldu. Üzvü olduğun komandanın oyununu azarkeş kimi izləmək çox çətindir. Əlbəttə, istərdim orda olum, meydana çıxım, amma vəziyyətim buna imkan vermədi. Çətin bir görüş oldu.

- Millimiz necə oynadı?

- Baş məşqçinin tapşırıqlarını yerinə yetirdilər. Heç-heçə yaxşı nəticə idi. Slovakiya heç də zəif komanda deyil. Həm də qazanılacaq 1 xal bizi qrup qalibi edəcəkdi ki, bunu da əldə etmək mümkün oldu. Uşaqlar çətin sınaqdan üzüağ çıxdılar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31