9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Futzal

Joze Alesio: “İstədiyimiz nəticəni qazandıq”

“Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. Həm də son illərdə tez-tez qarşılaşdığımızı nəzərə alsaq, bir-birimizi yaxşı tanıdığımızı deyə bilərəm. Bizim əsas problemimiz yaratdığımız qol epizodlarını realizə edə bilməməyimiz oldu. Hətta məşqlərdə də, oyunöncəsi təlimat zamanı da futzalçılarıma buna diqqət etmələrini tapşırdım. Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının seçmə mərhələsində evdə Slovakiyaya 4:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Braziliyalı mütəxəssis matça yaxşı başladıqlarını və birinci hissədə ardıcıl epizodlar yaratdıqlarını bildirib: "Təəssüf ki, bu üstünlüyümüzü hesaba daşıya bilmədik. Bəli, hazırlıq üçün az vaxtımız oldu, fiziki, taktiki planda problemlərimiz görünürdü. İkinci hissənin başlanğıcı çox çətin oldu. Amma ikinci qolu vurmağımız rəqibin oyun planında açılmasına səbəb oldu. Biz də yaranan boşluqları düzgün dəyərləndirdik".

Baş məşqçinin sözlərinə görə, bu görüşdə qələbə vacib idi: “İstədiyimiz nəticəni qazandıq. İndi Yunanıstanla matçda bunun davamını gətirməliyik".

Slovakiya yığmasının baş məşqçisi Marian Berki isə oyunun çətin keçdiyini və hakimlikdən narazı qaldığını vurğulayıb: "Komandamız üçün çətin oyun oldu. Birinci hissədə hər şey qaydasında getdi. Lakin ikinci hissədə hakimin idarəçiliyindən narazı qaldım və nəticədə oyunun axarını dəyişə bilmədik. Daha doğrusu, bunun üçün real şanslarımız oldu, epizodlar yaratdıq, təəssüf ki, onları reallaşdıra bilmədik. Sona yaxın isə 5 meydan oyunçusuna üstünlük verdik və bu da rəqibin hesabı artırmasına imkan yaratdı".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31