9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Futzal

Ölkə çempionatında gərginlik: turun açılış oyununda qalmaqal yaşandı ÖZƏL

Futzal üzrə ölkə çempionatında qalmaqal yaşanıb. Futbolxeber.az saytının məlumatına görə, VII turun açılış matçında "Marafon Futsal" və "Neftçi" İK üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən matç ərzində “Neftçi”nin iranlı legioneri Sadiq Cavid ilə “Marafon”dan Seymur Məmmədov arasında tez-tez mübahisə yaranırdı.

Matçın sonunda isə insident daha da böyüdü. Belə ki, Sadiq Cavid komandasını hesabda 2:1 önə keçirdikdən sonra “Marafon”ın ehtiyat oyunçular skamyasına tərəf üz tutub. İddialara görə o, rəqib komandanın üzvlərinə qarşı qeyri-etik jest edib.

Nəticədə hakim iranlı oyunçuya qırmızı vərəqə göstərib. Lakin insident bununla da bitməyib. Hakimin final fitindən sonra “Marafon”un üzvləri “Neftçi”nin 12 nömrəsi ilə haqq-hesab çürütməyə çalışıblar. Uzun sürən gərginlikdən sonra tərəfləri sakitləşdirmək mümkün olub,

Qeyd edək ki, oyun “Neftçi” İK-nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31