19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Futzal

"Araz"ın baş məşqçisi "Bizi ancaq qələbə qane edəcək"

“Oyun gözlədiyimizdən də ağır keçdi. Hesabda 2 top fərqi ilə geri düşsək də, toparlanmağı bacardıq. Düzdür, məğlub durumda olan zaman konsantrasiyanı bir qədər itirdik. Yaxşı ki, bu vəziyyət çox davam etmədi. Kənardan dediklərimi uşaqlar dərhal tətbiq etdilər".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Araz"ın baş məşqçisi  Alesio da Silva UEFA kubokunun ikinci turunda  Malta çempionu “St Andreus”a 6:4 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Azərbaycan Futzal Federasiyasının rəsmi "Facebook" səhifəsinə danışan braziliyalı mütəxəssis bildirib ki, rəqibin son şansı olduğuna görə, qarşılaşmada bütün gücünü səfərbər etmişdilər: "Hesabda geri olanda da oyuna diqtə edən tərəf biz idik. Sadəcə, bu üstünlüyümüzü qolla tamamlamaqda gecikdik".

O, “Deva”ya qarşı son oyunun “Mostar” və “St Andreus”la qarşılaşmalardan daha çətin keçəcəyini söyləyib: "Çünki rəqibimiz təcrübəli futzalçılardan qurulub və meydan sahibidir. Üstəlik, bugünkü oyunda 4, ilk qarşılaşmada isə 2 qol vuran Maykon da Silva komandamıza kömək edə bilməyəcək. O, hər iki oyunda sarı vərəqə aldığına görə, cəzalı duruma düşüb. Təbii ki, bizi ancaq qələbə qane edəcək və buna nail olmaq üçün əlimizdən gələni edəcəyik. Sabah oyun günü deyil. Rəqibin oyununu alaniz edib, məşq prosesində onlara qarşı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31