9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Etopaz

"Qarabağ", "Beşiktaş" və "Rubin"

Bu gün Azərbaycan futbolunda xüsusi günlərdən biridir. Avropa Liqasında mübarizəni davam etdirən yeganə təmsilçimiz "Qarabağ" qrup mərhələsinə vəsiqə uğrunda ilk pley-off matçına çıxacaq. Saat 21-də Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyunda komandamızın rəqibi Almaniyanın "Ayntraxt" klubu olacaq.
 
Ağdam klubunun Avropa səhnəsində uğurlu çıxışı komandaya olan inamı bir qədər artırıb. Təsadüfi deyil ki, axşamkı qarşılaşmada "Qarabağ"ı stadionda 30 min azarkeş dəstəkləyəcək. Komandamızda yeganə sıxıntı braziliyalı legioner Reynaldonun zədə üzündən matçı buraxmasıdır. Bununla belə, komanda oyunu göstərən "Qarabağ"dan "Ayntraxt" qarşısında da uğurlu çıxış gözlənilir. İnanırıq ki, Ağdam təmsilçisi bu dəfə də azarkeşləri sevindirəcək.
 
Qarşılaşma www.etopaz.az saytının proqramında "ikili oyunlar" kateqoriyasına daxil edilib.Bu dueldə "Qarabağ"ın qələbəsi 4.2, heç-heçə 3.45, "Ayntraxt"ın qələbəsi isə 1.6 əmsalla dəyərləndirilir. 
 
"Qarabağ" - "Ayntraxt" görüşü ilə yanaşı bu axşam Avroliqada daha 29 qarşılaşma keçiriləcək. Onlardan üçünə www.etopaz.az -da "tək" mərc etmək olar. "Təkli oyunlar"dan ilk olaraq saat 22-də "Molde" - "Rubin" matçı başlayacaq. Norveçdə keçiriləcək bu oyunda bizim futbol həvəskarlarının əksəriyyəti "Rubin"in formasını geyən həmyerlimiz Ruslan Abuşova görə məhz Tatarıstan təmsilçisinə azarkeşlik edəcək. Abuşovun bu oyunda meydana çıxma ehtimalı isə azdır. www.etopaz.az saytının tək mərc qəbul etdiyi bu qarşılaşmanın əmsalları belədir: "Molde"nin qələbəsi 3.7, heç-heçə 3.25, "Rubin"in qələbəsi 1.75.
 
Bu oyundan bir saat sonra - 23:00-da isə Norveçdə daha bir oyun başlanacaq. Bizim "İnter"i mübarizədən kənarlaşdıran "Tromse" ölkəmizdə kifayət qədər azarkeşi olan "Beşiktaş"ı qəbul edəcək. www.etopaz.az -da bu matça həm "tək", həm də canlı mərc etmək olar. Əmsallar isə belədir: "Tromse"nin qələbəsi 3.6, heç-heçə 3.5, "Beşiktaş"ın qələbəsi 1.7.
 
Proqramdakı daha bir "təkli oyun" gecə saat 12-də başlayacaq. Söhbət İsveçrədə keçiriləcək "Qrasshopper" - "Fiorentina" görüşündən gedir.Bu duel üçün www.etopaz.az -ın müəyyənləşdirdiyi əmsalları nəzərinizə çatdırırıq: Qrasshopper"in qələbəsi 2.95, heç-heçə 3.2, "Fiorentina"nın qələbəsi 2.0.
 
www.etopaz.az  Avroliqadakı yeganə təmsilçimiz "Qarabağ"a axşamkı oyunda uğur arzulayır. İnanırıq ki, komandamız bu dəfə də azarkeşlərini sevindirəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31