17 Dekabr 2018, Bazar ertəsi
Ərsun Yanal yenidən "Fənərbaxça"da
“Bu gün futbolçularımdan razı qaldım”
“Qarabağ” "Arsenal"a uduzdu
Prezident Mircavadovu mükafatlandırdı

Etopaz

HƏFTƏSONUNUN ƏN MARAQLI OYUNLARI "TOPAZ"DA

Dekabr istirahət günləri, həftəsonu ilə başlayır. Azarkeş və proqnozsevərlər üçün isə futboldan gözəl istirahət ola bilməz. Şənbə-bazarın futbol keyfinı çıxarmaq, həm də qazanmaq üçün "Topaz" var. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru həftəsonu öz müştərilərinə 700-ə yaxın qarşılaşma təklif edir. İki gün ərzində "Topaz" müştəriləri  ümumilikdə 100-dən artıq matça canlı və "təkli" mərc edə bilər. 

Bu görüşlər arasında adı xüsusi diqqət çəkən bir neçə oyun var ki, onlara həm azarkeşlərin, həm də bukmekerlerin gözü ilə baxaq.

1 dekabr, 18:30. "Verder" - "Bavariya"

"Bavariya" hazırda yaralı aslanı xatırladır. Komanda son 3 turda bundesliqada qalib gələ bilmir:  doğma "Alyans Arena"da "Frayburq" (1:1) və "Fortuna" (3:3) ilə heç-heçələr, üstəlik prinsipial rəqibi "Borussiya Dortmund"a məğlubiyyət (2:3). Hətta ÇL-də "Benfika" üzərində darmadağın da (5:1) maksimalist münhenli fanatlaır sakitləşdirməyib. "Verder"in də vəziyyəti fərqli deyil. 7-ci sıradakı bremenlilər son 4 turda qələbə üzünə həsrətdir. "Bavariya"ya qalib gələcəyi halda "Verder" 4-cü sıranı Münhen klubundan ala bilər. Hərçənd bu o qədər də real görünmür. Bremen təmsilçisi sonuncu dəfə evdə "Bavariya"nı 2006-cı ilin oktyabrında məğlub edib. Prinsipial rəqiblərin duelinə "Topaz"ın təklif etdiyi əmsallar: "Verder"in qələbəsi 5.95, heç-heçə 4.30, "Bavariya"nın qələbəsi 1.35.

1 dekabr, 21:00. "Fiorentina" -"Yuventus"

Son 5 turda ardıcıl heç-heçə oynayan "Fiorentina" A seriyasının yeganə məğlubedilməz komandasını qəbul edəcək. Florensiyalılar oyuna zədəli Pyaca və Pezellasız çıxacaq. "Yuve"də isə Emre Can və Sami Hedira zədəlidir. "Yuventus" həftəiçi ÇL-də "Valensiya" ilə ağır oyun keçirsə də, çətin Florensiya səfərində aşkar favorit olaraq görülür. "Topaz"ın əmsallrı: "Fiorentina"nın qələbəsi 5.20, heç-heçə 3.65, "Yuventus"un qələbəsi 1.60.

1 dekabr, 23:45.  "Real Madrid" - "Valensiya"

Hansı vəziyyətdə olmağına baxmayaraq, görüşləri hər zaman böyük maraq doğuran iki komandanın dueli. Bu mövsüm qeyri-stabil oynayan "Real" ötən tur şok məğlubiyyətlə azarkeşlərini üzüb. Söhbət "Eybar"a 0:3 hesablı ağır məlubiyyətdən gedir. Düzdür, bundan sonra "Kral Klubu" Çempionlar Liqasında səfərdə "Roma" üzərində qələbə (2:0 ) ilə fanatlarının könlünü müəyyən qədər aldı. Amma hazırda qərarlaşdığı 6-cı sıranı azarkeşləri "Real"a heç cür yaraşdırmır. La Liqada bu mövsün ən çox (8 dəfə) heç-heçə edən iki komandadan biri olan "Valensiya"nın da işləri qaydasında deyil. "Yarasalar" liderlər qrupundan 10 xal geri qalmaqla 11-ci yerdədir. "Real"ı səfərdə məğlub edəcəyi halda "Valensiya" cədvəldə azı 3-4 pillə irəliləyə bilər. Amma bu da var ki, valensiyalılar "Santyaqo Bernabeu"da sonuncu qələbəsini 10 il əvvəl qazanıb. Tərəflər arasında son 10 qarşılaşmanın hamısı "üst" bitib. Son 14 matçda isə azı 2 qol qeydə alınıb. "Real"da Naço və Kazemiro, "Valensiya"da isə Garay zədə səbəbindən oynamayacaq. "Topaz"da bu maraqlı qarşılaşmaya canlı və "təkli" mərc edə bilərsiz. Əmsallar: "Real Madrid"in qələbəsi 1.40, heç-heçə 4.10, "Valensiya"nın qələbəsi 5.45.

2 dekabr, 17:30. "Feyenoord" -  "PSV Eyndhoven".

Hollandiyanın iki köklü klubu üz-üzə. Keçirdiyi 13 oyunun hamısında qalib gəlməklə unikal nəticəyə imza atan PSV vahid liderdir. 3-cü sıradakı "Feyenoord" liderdən 13 xal geri qalır. Amma bunun o qədər də əhəmiyyəti yoxdur. Tərəflərdən biri hətta autsayderlər qrupunda olsa belə, meydanda güzəştsiz mübarizə gedəcəyi şübhə doğurmur. Rotterdam-Eyndhoven qarşıdurmasına "Topaz"da  həm canlı, həm "təkli" mərc edə bilərsiz. "Feyenoord"un qələbəsi 2.70, heç-heçə 3.10, PSV-nin qələbəsi 2.00.

2 dekabr, 18:05. "Arsenal" - "Tottenhem"

"Tottenhem" ardıcıl 2-ci tur London derbisinə çıxacaq. Ötən həftə derbidə "Çelsi"yə dərs keçən hotspurlular bu dəfə gücünü əla mövsüm keçirən "Arsenal"a göstərməlidir. Həmin "Arsenal" ki, avqustun 18-dən bəri keçirdiyi 18 matçın (Avroliqa da daxil olmaqla) heç birində uduzmayıb. "Tottenhem" isə ÇL də daxil olmaqla ardıcıl 6 oyundur meydanı qələbə ilə tərk edir. "Arsenal" qalib gələrsə, 3-cü sıradakı "Tottenhem"lə xalını bərabərləşdirəcək. "Topaz"da London derbisnin əmsalları belədir: "Arsenal"ın qələbəsi 2.40, heç-heçə 3.35, "Tottenhem"in qələbəsi 2.55.

Bundan başqa bazar günü Mersisayd derbisi, "Liverpul" - "Everton" görüşünə və  İtaliya A seriyasının maralı görüşlərindən sayılan "Roma"-"İnter" matçına da "Topaz"da mərc etməklə həyəcan qata bilərsiz. Təklif bizdən, dəyərləndirmək sizdən.  Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31





Click to Visit