19 May 2019, Bazar günü
Mxitaryan Bakıya gətirilmir
Millimizin heyəti açıqlandı
“Keşlə” 13 futbolçuyla vidalaşdı
“Qalatasaray” kuboka sahib çıxdı

Etopaz

"TOPAZ": "SARAQOSA"NIN QƏLƏBƏ HƏSRƏTİ BİTƏCƏKMİ?

Həftənin futbol baxımından ən "kasad" günü olan bazar ertəsi yenə ənənəvi mənzərədir. Azarkeşlər üçün izləməyə, proqnozsevərlər üçün isə mərc etməyə seçim imkanı bu gün elə də geniş deyil.

Bununla belə, Azərbaycanın  yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" müştəri maraqlarını nəzərə alaraq bu günkü oyun proqramını da maraqlı etməyə çalışıb. Proqnozsevərlərə bugünkü "Topaz" proqramında seçim üçün 39 qarşılaşma təklif edilir. Bunlardan 18-i canlı mərcə çıxarılacaq. 5 matça isə həm canlı, həm də "təkli oyun" kimi mərc etmək olar. Aparıcı futbol liqalarında, "top-çempionatlar"da bu axşam oyun olmadığından "Topaz" Yunanıstan və  Rumıniya əsas, Almaniya və İspaniyanın isə 2-ci liqalarının görüşlərinə "təkli oyun" statusu verib.

Almaniya 2-ci bundesliqasında bu, "Bohum" - "Darmştadt" (kod 1132, saat 23:30). Turnir cədvəlində 11-12-ci yerləri bölüşən bu komandaların son 3 qarşılaşması 2:1 hesabı ilə bitib. Bunların ikisində "Bohum", birində isə "Darmştadt" qalib gəlib. "Topaz" tərəflərin bu günkü duelində "Bohum"un qələbəsini 1.90, heç-heçə 2.95, "Darmştadt"ın qələbəsini isə 3.20 əmsalla dəyərləndirib.

İspaniya sequndasında "təkli oyun" gecə saat 12-də başlanacaq "Tarraqona" - "Saraqosa" (kod 1137) görüşüdür. 8 oyundur qələbəyə həsrət qalan saraqosalılar özü kimi autsayderlər qrupunda qərarlaşan "Tarraqona" ilə matçda bu uğursuz seriyanı dayandırmağa çalışacaq. 12 oyuna cəmi 9 xal yığan "Tarraqona"nın özünə də sonuncu pillədən qurtulmaq üçün qələbə çox vacibdir. "Topaz"ın bu oyun üçün müəyyənləşdirdiyi əmsallar: "Tarraqona"nın qələbəsi 2.50, heç-heçə 2.75, "Saraqosa"nın qələbəsi 2.45.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31





Click to Visit