19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Sumqayıt”ın futbolçusu hakimlərə hədə-qorxu gəlib

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib:  

14 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXI turunun “Sumqayıt” – “Rəvan” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

14 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Göyəzən” – “Lokomotiv” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

15 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVII turunun “Araz Naxçıvan” – “Şahdağ” matçında “Araz Naxçıvan” klubunun 5, “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunur (maddə 40).

Oyunun 13-cü dəqiqəsində “Araz Naxçıvan” klubunun 21 №-li futbolçusu David Jinalizde ilə “Şahdağ” klubunun 13 №-li futbolçusu Vüqar Əlibabayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 4 oyunluq cəzalanır, klublar 400 manat cərimə olunur (maddə 38.3).

Oyunun 80-ci dəqiqəsində “Şahdağ” klubunun 25 №-li futbolçusu Abdulla Zilpikarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

12 fevral 2014-cü il, U-19 Liqasının AZAL – “Simurq” matçının 68-ci dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Nihad Əcəmov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 71-ci dəqiqəsində “Simurq” klubunun 19 №-li futbolçusu Elməddin Musazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

10 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Turan-T” – “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində “Turan-T” klubunun 14 №-li futbolçusu Nəsimi Qədirov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

10 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Neftçi” – AZAL matçının 70-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Süleyman Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

10 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Sumqayıt” – “Rəvan” matçının 45-i dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Nurməhəmməd Nadirov  sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 50-ci dəqiqəsində “Rəvan” klubunun 6 №-li futbolçusu Murad Nəsirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun 19 №-li futbolçusu İlyas Rəhimov hakimlərə hədə-qorxu gəldiyinə görə futbolçu 5 oyunluq cəzalanır (maddə 44.1).

13 fevral 2014-cü il, U-16 Liqasının “Rəvan” – “Sumqayıt” matçının 59-cu dəqiqəsində “Rəvan” klubunun 23 №-li futbolçusu Cahid Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).

13 fevral 2014-cü il, U-16 Liqasının “Neftçi” – “İnter” matçının 50-ci dəqiqəsində “İnter” klubunun 23 №-li futbolçusu Afyəddin Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

17 fevral 2014-cü il, Bakcell U-17 Liqasının “Simurq” – “Turan-T” matçında “Turan-T” klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31