27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

İntizam Komitəsi AZAL-ın müraciətini haqlı saydı

AZAL klubu PFL-ə mürəciət edərək Azərbaycan Premyer Liqasının XVI turunun AZAL - “Rəvan” matçınının 90+2-ci dəqiqəsində AZAL klubunun 2 №-li futbolçusu Xuan Fransiskoya göstərilmiş sarı vərəqənin səhvən matçın protokolunda AZAL klubunun 15 №-li futbolçusu Oskars Klavanın adına qeyd edildiyini bildirib. Futbolxeber.az-ın məlumatına görə, İntizam Komitəsi matçın videoyazısını izlədikdən sonra həqiqətən də oyunun 90+2-ci dəqiqəsində hakimin AZAL klubunun 2 №-li futbolçusu Xuan Fransiskonu sarı vərəqə ilə cəzalandırıldığı aşkar edilib. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:

AZAL - “Rəvan” matçınının protokolunda AZAL klubunun futbolçusu Oskars Klavaya yazılmış sarı vərəqə onun adından silinsin və klubun digər futbolçusu Xuan Fransiskonun adına əlavə edilsin.

Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi  ölçü götürüb İntizam Komitəsinə məlumat versin.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30