26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Hədəfim “Qəbələ”yə çempion olmaq və kuboku qazanmaqda yardımçı olmaqdır”

"Qəbələ" haqda ilkin təəssüratlarım müsbətdir. Komandaya qoşulduğum gündən heç bir problemlə üzləşməmişəm. Ətrafımda baş verənləri diqqətlə izləyirəm və hər şeydən çox razıyam. Artıq bir neçə məşqdə iştirak etmişəm. Kollektivi görəndən sonra əmin oldum ki, buraya gəlməklə düzgün seçim etmişəm". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni futbolçusu Marat İzmaylov komandası haqda ilkin təəssüratlarını bölüşərkən deyib.

Klubun rəsmi saytına açıqlama verən rusiyalı futbolçu "Qəbələ"ni seçməsində rol oynayan faktorlardan və hədəflərindən danışıb: "Qəbələ" haqqında öncədən məlumatım var idi. Yuri Syominin "Qəbələ"nin baş məşqçisi təyin olunduğu vaxtdan komandanın nəticələrini diqqətdə saxlayırdım. "Qırmızı-qaralar"ın mövsümün ilk yarısını uğurlu keçirdiyini demək olar. Komandanın bazası, futbol oynamaq üçün gözəl şəraiti olduğunu bilirəm. Məhz bu faktorlar "Qəbələ"ni seçməyimə səbəb oldu. Hədəfim yeni komandama çempion olmaqda və ölkə kubokunu qazanmaqda yardımçı olmaqdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30