26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Nuru Əliyev kimi aldadır? YAZI

Hər mövsümün özünə məxsus meyvəsi, tərəvəzi var. Məsələn xiyar... Bu tərəvəzin qış aylarında ərsəyə gəlməsində təbii demək olar, heç nə yoxdu. Təyinatı üzrə istifadəsi azalır. Yalnız şadlıq evləri diktatura rəmzi olan (yesən də, yeməsən də xiyardı) tərəvəzdən müştərini soymaq üçün istifadə edirlər (təkcə xiyarla yox). Elə klublarımız da bu gündədi. Sponsora loxlamaq üçün potensial qurban gözüylə baxırlar. Bunu edənlər isə klublarda transfer siyasətininin aparılması üçün sponsor, klub rəhbəri tərəfindən təyin olunmuş və inanılmış şəxslərdi, guya. Belələrinə Azərbaycan leksikonunda NANKOR deyirlər. Həmən nankorlar klub sahibini və ya himayədarını hər transfer dönəmində inandırır ki, “bazarlıq” mütləqdi. 
 
Cari transfer dönəminə nəzər salaq. “Qarabağ”, “Qəbələ”, “İnter” kimi komandaların hədəfi məlumdu. “Xəzər Lənkəran”ın da kubok iddiasını nəzərə alsaq, bu klubların transfer siyasətini sonda, nəticədən aslı olaraq təhlil etmək olar. Biri mənə anlatsın, “Rəvan” nəyi hədəfləyir? Digər klubların əvəzedici və əsas heyətinə düşə bilməyən futbolçularından ibarət “Sumqayıt”dan öndə getmək üçün? Biabırçılıqdı! Anlamayanlar üçün söyləyim, ruslar buna “pozor” deyir.
 
 “Rəvan”ın Nuru adında sahibi var. Soyadı Əliyevdi. Azərbaycandakı “Nurgun Motors” şirkətinin sahibidi həm də. Deyirlər, bu klubun prezidenti də var. Adını özünüz tapın! Vitse-prezidenti də var, hətta. Bəhruz Şirəliyev kimi tanınır. İşarət barmağımızla gicgahımızı qaşıyıb fikirləşək. Şirəliyev klub prezidentini bu qədər aldada bilər? Hər transfer dönəmində “paçka-paçka” legioner gətirir, bir o qədər də yola salır. Bunu başqandan xəbərsiz etmək qeyri-mümkündü. Fikirləşə bilərsiniz ki, onda Şirəliyevlə klubun prezidenti birləşib Nuru Əliyevi aldadır. İnanmıram. Az qala ki, Avropa nəşrləri də “Rəvan”dakı məşqçi karuselindən yaza. Nuru Əliyevin deyirsiz bundan da xəbəri olmadı. Yaxşı, Nuru bəy bütün baş verənlərdən xəbərdardısa, niyə bu nankorluğa “DUR!” demir? Lənət şeytana, dalana dirəndik deyəsən. Klubun sahibisənsə, pulunu göz görə-görə havaya sovururlarsa, niyə dillənmirsən?
 
Aha... Dalanda deyilik. Nərdivanın ən yüksək pilləsində əyləşən adam bütün olanlara rəğmən, heç kimi cəzalandırmırsa, baş verənlər ona da sərf edir. Dəməli, Nuru bəy də vəziyyətdən karlı çıxır. Maraqlı nəticədi! Görəsən Nuru Əliyev kimi aldadır?
 
Lənət şeytana, yenə dalana dirəndik, xiyar kimin əlindədi? 
 
Onda əvvələ qayıdaq!
 
Hər mövsümün özünə məxsus meyvəsi, tərəvəzi var. Məsələn xiyar... Bu tərəvəzin qış aylarında ərsəyə gəlməsində təbii demək olar, heç nə yoxdu. Təyinatı üzrə istifadəsi azalır. Yalnız şadlıq evləri diktatura rəmzi olan (yesən də, yeməsən də xiyardı) tərəvəzdən müştərini soymaq üçün istifadə edirlər (təkcə xiyarla yox). Elə klublarımız da bu gündədi. Sponsora loxlamaq üçün potensial qurban gözüylə baxırlar... 
 
Əli Sahib, Fanat.az
 
P.S.  Lənət şeytana, deyəsən mən də karuselə düşdüm



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30