27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Simurq” hazırlıqlarını paytaxtda davam etdirir

Antalyadan qış təlim-məşq toplanışından qayıdan "Simurq", bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxtda məskunlaşan və Azərbaycan Premyer Liqasının XIX turunun hazırlıqlarına başlayan komanda bu gün iki məşqə çıxacaq. Artıq səhər çalışmaları başa çatıb. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fitness zalda fiziki gücün artırılmasın ibarət tapşırıqları yerinə yetirib. Axşam məşqi isə toplu çalışmalardan ibarət olacaq.  

Dünən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxan Zaqatala təmsilçisinin iki saata yaxın davam edən hazırlıq prossesinə bütün futbolçular iştirak edib. Zədə səbəbindən İlkin Qırtımov, ayağında yüngül ağrılar olan Raul Kostin və yeni transfer Usim Nduka komandadan ayrı çalışıb.  

Qeyd edək ki, "Simurq"un XIX turdakı rəqibi paytaxtın "Neftçi" klubu olacaq. Qarşılaşma fevralın 2-də, saat 15:30-da "Bakcell Arena"da keçiriləcək və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı yayımlanacaq.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30