26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Yuri Syomin: “Oyunun nəticəsi heç bir rol oynamır”

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Qazaxıstanın “Spartak” klubu ilə yoxlama oyunundan sonra matçla bağlı fikirlərini açıqlayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rusiyalı mütəxəssis öncə qarşılaşmanı Antalyada keçirilən digər görüşlərlə müqayisə edib: “Spartak”la oyun digər matçlarımızdan yaxşı oynamamağımızla fərqlənir. Bu, oyun keyfiyyətləri ilə bağlıdır. Hər halda, biz qarşımızda duran vəzifəni yerinə yetiririk və oyunun nəticəsi heç bir rol oynamır. Fiziki hazırlıq üzərində çalışmaları davam etdiririk. Səhər məşq etdik, axşam isə oynadıq. Gənc futbolçularımıza özlərini göstərmələrinə şərait yaratdıq. Hələ tam hazır olmayan futbolçularımız da var ki, bunlar Leonardo da Silva ilə Abdulvahid Afolabidir. Onlara da oynamağa imkan verdik”.

Syomin qarşıdakı oyunlarda rəqibləri ona yaxşı tanış olan Rusiya klubları - “Volqa” və “Torpedo” ilə matçlara böyük önəm verir. Onun fikrincə, həmin bu matçda daha optimal, qış fasiləsindən sonra çempionata başlayacaq heyət müəyyənləşəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30