17 Mart 2026, Çərşənbə axşamı
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu
Berdiyev: “Vacib iki xal itirdik”

Ölkə futbolu

"Qarabağ" Çempionlar Liqası üçün yeni futbolçu sifariş etdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində dəyişiklik olub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Joni Montiel “Qarabağ”ın sifariş vərəqinə daxil edilib.

İspaniyalı yarımmüdafiəçi zədələnən Kadi Borgesi əvəzləyib. Çempionlar Liqasının “Çelsi” ilə oyununda (2:2) xəsarət alan braziliyalı uzun müddətə heyətdən kənarda qalacağı üçün onu Montiel əvəzləyib.

Xatırladaq ki, Kadi 2025-ci ildə meydana çıxa bilməyəcək.

Bu dəyişiklik UEFA Çempionlar Liqasının əsasnaməsinə cari mövsümdən əlavə edilən yenilik sayəsində gerçəkləşib. Klublara zədə səbəbindən uzun müddətə sıradan çıxan futbolçularını digər oyunçu ilə əvəzləmək hüququ verilib.

Qeyd edək ki, ilk 4 turda 7 xal toplayan “Qarabağ” növbəti oyununu səfərdə “Napoli”yə qarşı keçirəcək. Görüş noyabrın 25-də oynanılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31