Ölkə futbolu
“Neftçi” niyə uduzdu? - QEYD
Sonuncu dəfə Azərbaycan çempionatının hansısa oyununa azarkeşlərin bilet axtardığını xatırlamıram. Reallıq budur ki, Premyer Liqamızın əksər matçları boş tribunalar önündə oynanılır. Lakin budəfəki “Qarabağ” - “Neftçi” görüşü üçün satışa çıxan təxminən 5 minə yaxın bilet qısa müddətdə satılmışdı. Bilet tapa bilməyənlər isə hansısa klubda çalışan dostuna, yaxud jurnalist tanışına ağız açmalı olurdu.
Oyun öncəsi stadionun qarşısındakı izdiham da anşlaqdan xəbər verirdi. Çempionatın təşkilatçısı Peşəkar Futbol Liqası da sağ olsun, matça rəng qatmaq üçün üzərinə düşəni etmişdi. İstər komandaların meydana şəhid övladları ilə çıxması, istər 42-ci dəqiqədə səslənən “Xudayar təsnifi”... Bir sözlə, hər şey möhtəşəm idi. Matçın ən qürurverci anı isə 90 dəqiqə boyunca komandalarına möhtəşəm dəstək verən “Neftçi” və “Qarabağ” fanatlarının “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını bir yerdə, bir ağızdan səsləndirməsi idi. Hər bir azərbaycanlının qürur duyduğu mənzərə idi...
Təəssüf ki, meydandakı mübarizə tribunalardakı qədər möhtəşəm deyildi. Düzdür, komandalar elə də passiv, sönük görünmürdülər. Sadəcə qarşılaşma ərzində real qol epizodları azarkeşin istədiyi qədər deyildi.
“Qarabağ”ın start heyəti göstərdi ki, Qurban Qurbanov əzəli rəqiblə matça ciddi yanaşır. Adətən avrokubok matçlarından sonra Qurbanov əksər aparıcı futbolçulara əsas heyətdə şans vermir. Bu dəfə isə 1-2 nəfər istisna olmaqla, “Qarabağ” demək olar ki, meydana ideal “11-lik”lə çıxmışdı. Bunun bir səbəbi rəqibin “Neftçi” olması idisə, digər səbəb də çempionatda yaranacaq fasilə idi.
Ümumilikdə Ağdam klubu matç boyu rəqibindən üstün görünsə də, qarşılaşmadakı hər iki qol “Neftçi”nin səhvindən sonra vuruldu. Əvvəlcə Freddi Varqas, heç bir ehtiyac olmadığı halda rəqibin cərimə meydançasında kobudluğa əl atdı. O ayrı məsələdir ki, buna bənzər epizodlarda “Turan Tovuz” və “Zirə” ilə matçlarda “Neftçi”nin lehinə penalti verilməmişdi. Daha sonra isə əvvəlcə İqor Ribeyro, ardınca Elvin Bədəlovun səhvi Kevin Duranın “Neftçi”nin qapısına yol tapması ilə nəticələndi. Bir hücum zamanı komandanın iki mərkəz müdafiəçisi də səhvə yol verirsə, qol qaçılmazdır.
İqordan söz düşmüşkən, haşiyə çıxaraq deyim ki, braziliyalı müdafiəçi yeni klubunda “Araz-Naxçıvan”dakı ideal formasından uzaqdır. Görünür, “Neftçi”dən aldığı pullar braziliyalının başını dolandırıb. Hər oyuna özü üçün xüsusi fotoqraf dəvət etməsi öz işidir, amma yaxşı olar ki, fotolardakı kimi, meydanda da yaxşı görünməyə çalışsın. Yoxsa ki, oyundan əvvəl və sonra yerə diz çöküb dua etməklə iş bitmir. Futbol oynamaq lazımdır, İqor, futbol.
Uzun sözün qısası, “Neftçi” Azərbaycan derbisində ümidləri doğrultmadı. Bəli, “ağ-qaralar” son illərdəki kimi əzəli rəqibi qarşısında aciz görünmürdü, lakin “Neftçi” yaxşı oynadı” demək də düz deyil. 90 dəqiqə ərzində 2-3 təhlükəli hücum, yaxud rəqib qapıçını matç zamanı cəmi bir dəfə real şəkildə narahat etmək gözəl oyun deyil, dostlar...
O ki qaldı Samir Abbasovun matçdan sonra ən çox müzakirə olunan “Bu qədər adamın oyuna gəlməsinin səbəbi "Qarabağ" yox, “Neftçi”dir” fikrinə, 47 yaşlı mütəxəssis tam haqlıdır. Dünən Ağdam klubunun rəqibi “Neftçi” yox, Premyer Liqadakı digər 10 klubun istəniləni olsaydı, “Azərsun Arena” heç yarıyacan dolmazdı. Bunun “Çelsi” ilə oyundakı nəticə ilə heç bir əlaqəsi yoxdur. Elə olsaydı, “Benfika”, yaxud “Kopenhagen”lə görüşdən sonra “Azərsun Arena” dolardı.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- Yaşar Seyidov: “Uşaq futbolunun inkişafı ilə bağlı dövlətin siyasi iradəsi ortada olmalıdır”
- Metyu: “Azarkeşlər rahat olsunlar, “Qarabağ”a qarşı bacardığımızın ən yaxşısını edəcəyik”
- “Neftçi”dən Azərbaycan çempionatları tarixində yeni rekord
- Cenk Sümer: “Azarkeşlərimiz rahat olsunlar, “Neftçi”də hamı işinə ciddi yanaşır”
- Azər Bağırovdan qələbə şərhi
- PFL liqalarda çıxış edən müharibə iştirakçılarını mükafatlandırır - FOTO
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- Samir Abasovu niyə qınayırsınız ki...
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- “Neftçi”nin müdafiəçisi: “Qarabağ”ın meydana hansı heyətlə çıxmasının bizə aidiyyəti yoxdur”
- “Neftçi” “Qəbələ” önünə ciddi itki ilə çıxır
- İmad Faraj: “Bu, sizin fikrinizdir, mən son matçlarda yaxşı oynamışam”
-
20:51
Zaretska İslamiadanın qalibi oldu
-
20:15
Ayxan Abbasov: “İslandiya daha çox təzyiq altındadır”
-
20:00
Anton Krivotsyuk: “Sabah ən yaxşı oyunumuza şahid olacaqsınız”
-
19:24
U-19 millimiz darmadağın oldu
-
18:42
De Blekere Əliyar Ağayevin səhv qərar qəbul etdiyini açıqladı
-
17:58
“Sabah bizi çətin oyun gözləyir”
-
17:36
Qunnlauqsson: “Favorit biz sayılırıq”
-
17:19
Basketbol yığmamız Bolqarıstana biabırçı hesabla uduzdu
-
16:57
Tuncay Şanlı yenidən "Fənərbaxça"da
-
16:03
Bədavi Hüseynov: “Millidən dəvət gözləyirdim”
-
15:41
İslamiada: Voleybol millimizdən qələbə
-
15:25
Rusiya - Peru matçının azərbaycanlı hakim idarə edəcək
-
14:54
AFFA-nın vitse-prezidenti Gürcüstan - İspaniya oyununda
-
14:30
Qırğızıstan klubu azərbaycanlı futbolçularla yollarını ayırıb
-
14:18
Azərbaycan ağırlıqqaldıranı İslamiadada gümüş medal qazanıb
-
13:49
Səfirlik: “Qarabağ”da Ştutqart əsilli bir oyunçunun olması bizi çox sevindirir”
-
12:56
Şəkil çəkdirmək, boğazdan yuxarı sözlər və ... sıfır
-
12:32
İlahə Qədimova növbəti iki ildə də FIDE-nin mötəbər yarışlarında hakimlik edəcək
-
12:07
Millimizin futbolçusu Rusiya çempionatında növbəti dəfə rəmzi komandaya düşüb
-
11:13
Xorvatiya - Farer adaları oyunu Əliyar Ağayevə tapşırıldı
-
10:51
Həndbol millimizin İslamiadadakı oyunlarının vaxtı müəyyənləşib
-
10:24
Dünya reytinqi: “Qarabağ”, “Zirə” və “Araz-Naxçıvan” irəlilədi
-
09:45
UEFA Zubirdən reportaj hazırladı VİDEO
-
17:32
II Liqada tura yekun vuruldu
-
17:00
Elvin Cəfərquliyev millinin heyətindən çıxarıldı
-
16:28
“Karvan-Yevlax”ın yeni baş məşqçisi o olacaq
-
14:43
Azərbaycan - İslandiya oyununun hakimləri müəyyənləşdi
-
13:51
PFL təqdim edir: “Zəfər turu”ndan qürur dolu anlar VİDEO
-
12:34
Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurublar
-
11:07
Qara Qarayev: “Bu qələbə bizə önəmli ruh verəcək”
-
10:29
Koxalski Polşa millisinə dəvət alıb
-
09:45
“Şamaxı” yoxlama oyunu keçirəcək
-
21:42
“Neftçi” niyə uduzdu? - QEYD
-
20:25
"Araz-Naxçıvan"ın qapıçısına Moldovadan dəvət
-
19:51
Cüdo millimiz İslamiadanın qalibi oldu
-
19:00
UEFA-dan Babək Quliyevə təyinat
-
18:39
"Turan Tovuz"un legioneri milliyə dəvət aldı
-
17:28
II Liqada 8-ci tur start götürdü
-
17:14
Azərbaycan təmsilçiləri İslamiadada bürünc medal qazandılar
-
16:43
"Neftçi"nin futbolçuları yığma komandalarda
-
16:07
Azərbaycan çempionatında baş hakim zədələndi, onu xanım referi əvəzlədi
-
15:52
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə veloyürüş keçirilib
-
15:35
Sami Mmae derbi haqda: “Mənim üçün çətin oyun deyildi”
-
15:21
Tarixdə ilk: azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb
-
14:46
“Sumqayıt”ın legionerlərinə millidən dəvət
-
14:30
Fransa millisinin hücumçusu Azərbaycanla oyunu buraxacaq
-
13:15
İmad Faraj: “Penalti bizi “öldürdü”
-
12:58
AMADA "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
-
12:21
"Napoli" "Bolonya"ya uduzdu VİDEO
-
12:07
Toral Bayramov: “Derbi adına layiq matç idi”
12.11.2025
11.11.2025
10.11.2025























