5 Dekabr 2025, Cümə
Bu gün DÇ-2026-nın püşkü atılır
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”
Sonuncu 1/4 finalçı "Kəpəz" oldu

Ölkə futbolu

“Sabah bizi çətin oyun gözləyir”

İslandiya millisinin yarımmüdafiəçisi Haukon-Arnar Haraldsson DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyun haqda fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, o, bu gün Bakıda təşkil olunan mətbuat konfransında sabahkı görüşün önəmini vurğulayıb:

“Bu bizim üçün çox vacib oyundur. Pley-off şansımızı qorumaq üçün yaxşı nəticə qazanmalıyıq. Son turda Ukrayna ilə qarşılaşacağıq və o oyunu da səbirsizliklə gözləyirik. İlk dəfə Bakıya gəlmişəm, şəhər çox gözəldir”.

Azərbaycan millisinə ilk oyunda 5:0 hesabı ilə qalib gəlmələrinin onları arxayınlaşdırıb-arxayınlaşdırmayacağı barədə suala Haraldsson belə cavab verib: “Xeyr, belə bir şey ola bilməz. Reykyavikdəki oyundan sonra Azərbaycan yığması daha yaxşı oynamağa başlayıb. Sabah bizi çətin oyun gözləyir. Azərbaycanla qarşılaşma öncəsi motivasiya problemi yoxdur”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31