10 Dekabr 2025, Çərşənbə
"Ayaks"ın azarkeş ordusu Bakıda
“Qarabağ” “Ayaks”ı qəbul edir
Elmar Baxşıyevdən qələbə şərhi
Qurbanov: “Dayanmaq istəmirik”

Ölkə futbolu

"Karvan-Yevlax" öz meydanına qayıdır

Yevlax şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması ilə bağlı “Karvan-Yevlax” klubu tərəfindən arenada təmir-bərpa işləri aparılıb və meydanın ot örtüyü yenilənib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası açıqlama yayıb.

Bu müddət ərzində Peşəkar Futbol Liqası tərəfindən stadionda bir neçə dəfə təftiş işləri həyata keçirilib.

4 noyabr tarixində keçirilmiş test oyunu zamanı qeydə alınmış yekun çatışmazlıqlar klubun diqqətinə çatdırılıb və həmin məsələlər sonradan aradan qaldırılıb. Bundan əlavə, stadionun süni ot örtüyü üçün FIFA-dan müvafiq keyfiyyət sertifikatı təqdim edilib.

Əsasnamənin tələblərinə əsasən, stadionla əlaqədar oyunun yerinin dəyişdirilməsi barədə klub PFL-ə ən azı 7 gün əvvəl müraciət etməlidir. Stadionun Premyer Liqa standartlarına uyğunlaşdırılmasını və müraciətin növbəti turun oyununa ən azı 7 gün qalmış edilməsini nəzərə alan PFL bildirib ki, “Karvan-Yevlax” klubu Premyer Liqanın 12-ci turunda “Kəpəz”lə oyundan etibarən ev oyunlarını Yevlax şəhər stadionunda keçirə biləcək.

Xatırladaq ki, bu mövsümdən Premyer Liqada çıxış edən "Karvan-Yevlax" ev oyunlarını Şamaxı şəhər stadionunda keçirirdi.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31