5 Dekabr 2025, Cümə
Bu gün DÇ-2026-nın püşkü atılır
Azər Bağırov: “Qələbəyə çox inanırdım”
Saşa İliç: “Cəzam çox ağırdır”
Sonuncu 1/4 finalçı "Kəpəz" oldu

Ölkə futbolu

Bədavi Hüseynov: “Millidən dəvət gözləyirdim”

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov yenidən Azərbaycan milli komandasına dəvət almasına münasibət bildirib.

Futbolxeber.az saytına açıqlamasında o, dəvətə görə millinin baş məşqçisi Ayxan Abbasova təşəkkür edib:

“Bəli, millidən dəvət gözləyirdim. Düzdür, son zamanlar elə də çox oynamıram. Lakin təcrübəm milli komandaya faydalı ola bilər. Dəvətə görə Ayxan Abbasova minnətdaram. Ümidləri doğrultmağa çalışacağam. Əlimdən gələni edəcəm ki, komandaya faydam dəysin”.

Təcrübəli müdafiəçi milli komandamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Fransaya qarşı keçirəcəyi görüşlərdə xal qazana biləcəyini söyləyib:

“Qarşıda bizi iki çətin oyun gözləyir. Hər şey özümüzdən asılıdır. Son oyunlarda milli daha istəklidir. Ukrayna ilə matçda xal qazanmağa çox yaxın idik. Sadəcə hakim rəqib futbolçuya qırmızı vərəqə göstərmədi. Fransızlarla ilk matçda da komanda pis təsir bağışlamadı. Odur ki, qarşıdakı matçlarda xal qazanmaq mümkündür”.

İbrahim Cəfərov

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31