26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Murad Səttarlı: “Simurq" mənim doğma komandamdır” (Müsahibə)

“Simurq” ilk transferini rəsmiləşdirdi. Futbolxeber.az-ın məlumatına görə, Zaqatala təmsilçisi ötən mövsüm icarə əsasında heyətinə qatdığı Murad Səttarlı ilə ilyarımlıq müqavilə imzaladı. Gənc yarımmüdafiəçi klubun rəsmi saytına müsahibə verərək, transferi ilə bağlı təəssüratlarını bölüşüb.

Murad, “Simurq”la rəsmi müqavilə imzaladın. Bununla bağlı fikirlərini öyrənmək istəyərdik.

- Çox şadam ki, yenidən burdayam. Əslində mövsümün əvvəlində bu keçid reallaşmalı idi. Lakin “Qarabağ”la olan müqaviləmi poza bilmədim. Qismət bu günə imiş. İnanıram ki, verilən bu şansı və inamı doğruldacayam. Həm “Simurq” rəhbərliyini, məşqçilərini, həm də azərkeşlərimizi göstərəcəyim oyunla sevindirəcəyəm.

Bu dəfə artıq sən Zaqatala təmsilçisinin futbolçususan. Necə oldu ki, yenidən məhz “Simurq”u seçdin?

- “Qarabağ”ın heyətində oynamaq şansım az olduğundan getmək qərarına gəldim. Çünki, mən özümü doğrultmaq istəyirdim. “Simurq” isə mənə doğma komandadır. Ötən mövsüm Zaqatala təmsilçisinin uğurları üçün tər tökmüşəm. Burada gənc futbolçunun özünü göstərməsi üçün hər cür şərait var. Klub rəhbərliyi və məşqçilər özünü yaxşı tərəfdən göstərən oyunçuya daha da dəstək verirlər. Bu səbəbdən də, seçimimi “Simurq”dan yana etdim.

Mövsümün əvvəlində aldığın ciddi zədədən sonra əməliyyat olunmusan və bu səbəbdən bir müddətdir bərpa prossesi keçirsən. Səncə bu “Simurq”da özünü yaxşı tərəfdən göstərməyə mane olmayacaq?

- Hər şey özümdən asılıdır. İnşallah, əziyyət çəkib bu çətinliyidə tezliklə aradan qaldıracam. Yalnız oyun təcrübəsi baxımından çatışmamazlığım var. Ancaq inanıram ki, məşqçilərimində köməkliyi ilə yaxşı bir təlim-məşq toplanışı keçib, əvvəlki oyunumu bərpa edə biləcəyəm. Çünki mənə inanaraq bu komandaya dəvət ediblər. Klub prezidenti Anar Bəkirovun və baş məşqçi Georgi Çixradzenin mənə olan ümidini doğrultmalıyam.   

Komandamız təlim-məşq toplanışına yollanır. Bu hazırlıq prossesindən gözləntilərin nədir?

- Bu cür hazırlığa mənim çox ehtiyacım var. Allahın köməkliyi ilə yaxşı hazırlıq keçib, çempionata gözəl start verməliyik. Bizi qarşıda çox çətin oyunlar gözləyir. Bunun üçün var gücümüzlə çalışmalıyıq. Hesab edirəm ki, komandaya uyğunlaşmaqda elə də çətinlik çəkməyəcəm və bu hazırlıq prossesindən sonra əsas heyətə düşmək uğrunda mübarizə aparacayam. “Simurq”un uğurları üçün çalışacağam.

Səni əsas heyətə düşmək üçün çətin mübarizə gözləyir. Necə hesab edirsən, hazırda “Simurq”un əsas heyətində forma geyinməyin üçün hansı çatışmamazlıqların var?

- Həqiqətəndə çətin olacaq. Ancaq bu komandanı yaxşı tanıyıram. Oyun stilinə bələdəm. Təbii ki, məşqçilərdə mənə inanaraq, bu komandaya gəlməyimdə böyük rol oynayıblar. Qarşıdakı hazırlıqda bütün çatışmamazlıqlarımı aradan götürməyə çalışacam və məşqçilərimdən şans gözləyəcəm.

“Simurq”un hazırkı transfer dövründə ilk heyətinə qatdığı futbolçusan. Burdan azərkeşlərimizə nə deyərdin?

- Hər birinə dəstəyə görə çox sağ ol deyirəm. Onlar üçün darıxmışam. Tezliklə gözəl oyunlarımız və qələbələrimizlə azərkeşlərimizi sevindirərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30