27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Burda öyrəndiklərimizi gələcəkdə futbolçulara öyrədəcəyik"

 

AFFA-nın təşkilatçılığı ilə keçirilən C kateqoriyalı məşqçilik kursunda iştirak edən 17 gənc mütəxəssis arasında Gəncədən iki məşqçi olub. Futbolxeber.az-ın məlumatına görə, məşğələlərə "Kəpəz"in əvəzedici heyətinin baş məşqçisi Mehman Hacıyevlə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının məşqçi-müəllimi Ceyhun Tanrıverdyev qatılıb. Martın 30-dan start götürən seminara yerli mütəxəssislər Arif Əsədov, Aslan Kərimov və Osman Rəhimov rəhbərlik edib. Mehman Hacıyev kursla bağlı "Kəpəz"in rəsmi saytına açıqlama verib: "Bu kimi seminarların biz məşqçilərə böyük təkanı var. Elə şeylər öyrənirik ki, bu, doğrudan da vacibdir. Burda öyrəndiklərimizi gələcəkdə futbolçulara öyrədəcəyik."
 
Məşqçilərin bilik və bacarığının artırılmasına yardımçı olmağa hesablanan kurslar iki hissədən ibarət olub. Kursun dinləyiciləri nəzəriyyədə öyrəndikləri təcrübədə sınaqdan keçiriblər: "Dərslə yanaşı, hər gün 30 dəqiqə ərzində məşqlər keçdik. Öyrəndiklərimizi məşqdə tətbiq etdik. Məşqi necə qurmalı, nələrə diqqət yetirməli olduğumuzu tam bilməliyik və bunu oyunçulara aşılamalıyıq".
 
Kursun nəticəsi olaraq, özünü yaxşı tərəfdən göstərə bilən məşqçilər C lisenziyasına sahib olacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30