21 Avqust 2019, Çərşənbə
Xanım Dabo da Bordindən narazıdı
İlqar Qurbanov “Sumqayıt”la anlaşdı
“Qarabağ” çox yaxşı komandadır”
"Səbail" "Zirə"yə qalib gəldi

Ölkə futbolu

"Son anda qol vurmaq insana fərqli duyğular yaşadır"

"İnanılmaz oyun idi. Mövsümdə ilk dublumu rəsmiləşdirdim. Qələbəyə görə çox sevincliyəm. Komandamız ikinci hissədə xarakter nümayiş etdirdi. İlk qolu vursaq da, qapımızda sanssız şəkildə qol gördük. Amma ruhdan düşmədik, sona qədər döyüşdük. Düşünürəm ki layiqli qələbə qazandıq."
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" - "Simurq" matçının ardından matçda dubl etməklə "qırmızı-qaralar"a qələbə qazandıran və mövsümdəki qollarının sayını 6-ya çatdıran Daniel Subotiç deyib.
"Qəbələ"nin rəsmi saytına danışan Subotiç uğurlu statististikasının davam etməsinə görə şad olduğunu bildirib. Hücumçu matçın son saniyələrində vurduğu qola şərh verməyi də unutmayıb: "Komandam mənim qol vurduğum oyunların hamısında qələbə qazanıb. Bu uğurlu statistikanın davam etməsinə görə çox şadam. Önəmli olan komandamın qalib gəlməsi və xal ehtiyatını zənginləşdirməsidir. İnanıram ki, qol vurmağa və qələbə qazanmağa davam edəcəyik. "Simurq" üzərində qələbəmiz çox çətin və maraqlı alındı. Son anda qol vurmaq insana fərqli duyğular yaşadır. Matça 3 dəqiqə əlavə olundu, amma biz sona qədər qələbəmizə inandıq. Ebesilio ilə bir-birimizi çox gözəl başa düşürük. O, mənim əlverişli mövqedə olduğumu vaxtında gördü və  gözəl ötürmə verdi. Mən də üzərimə düşəni etdim". 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31