1 Yanvar 2026, Cümə axşamı
"Turan Tovuz"da ayrılıq
16 turda 16 böyükhesablı nəticə
Sxadadze 4 oyunluq cəzalandırıldı
“Səbail”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Elxan Abdullayev: "Buraxdığımız ikinci qol tamamilə gözlənilməz oldu"

“Moldova yığmasına qarşı keçirdiyimiz son oyunda 2:0 hesabı ilə önə çıxsaq da, ikinci hissədə 2 qol buraxdıq və heç-heçə qeydə alındı. Halbuki bu matçda komandamız qələbəyə layiq idi".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev Avropa çempionatının seçmə mərhələsində Moldova ilə keçirilən oyun haqda danışarkən deyib.
 
O, 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib: "Buraxdığımız ikinci qol mənim üçün tamamilə gözlənilməz oldu. Qapıçımız son saniyələrdə kobud səhvə yol verdi və nəticədə qələbəni əldən verdik. Əlbəttə ki, məyus olduq. Ancaq əlimizi yanımıza salmamalı, irəli getmək barədə düşünməliyik. Futbol səhvlərdən ibarətdir, bu səhvləri düzəltməli və bir daha təkrarlamamalıyıq".
 
E.Abdullayev komandasının turnirdəki ümumi çıxışını da dəyərləndirib: "Göstərilən oyun heç də pis deyildi. Amma nəticələrdən razı qalmaq mümkün deyil. Klublarla birgə futbolçularımızın çatışmayan cəhətləri üzərində daha çox işləsək, gələcəkdə yığmalar üçün yaxşı kadrlar hazırlaya bilərik. Çünki bu oyunlar göstərdi ki, bizdə potensial var. Sadəcə, bunun üzərində düzgün və çox işləmək lazımdır”.
 
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl İslandiyaya 0:2, İrlandiyaya 0:4 hesabı ilə uduzub,
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31