8 Yanvar 2026, Cümə axşamı
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Xarici futbol

“Neftçi”nin futbolçusu oynadı, yığması qələbə qazandı

“Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Mumini və "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeydanın da üzvü olduğu Benin millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti matçına çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, qrup mərhələsinin 2-ci turunda Benin millisi Botsvana yığması ilə üz-üzə gəlib. Qarşılaşma Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 28-ci dəqiqədə Yoan Roş vurub.

"Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeyda qarşılaşmaya start heyətində başlayıb və 54-cü dəqiqədə Samadou Attidjikou ilə əvəz olunub. Abdul Raşid Mumini isə ehtiyat oyunçular skamyasında yer alıb.

Qeyd edək ki, bu nəticədən sonra D qrupunda 3 xal toplayan Benin üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Botsvana isə qrupun sonuncusudur.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31