12 Mart 2026, Cümə axşamı
İran DÇ-2026-da iştirak etməyəcək
Berdıyevin cəzası azaldıldı
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD

Ölkə futbolu

Azər Bağırov: "Deməzdim ki, bizim uşaqlar çəkindilər, qorxdular"

“Kəpəz”in baş məşqçisi Azər Bağırov bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qarabağ”a məğlub olduqları (0:5) oyundan sonra təşkil edilən mətbuat konfransında iştirak edib.
 
Futbolxeber.az saytının məlumatına görə, o, oyunla bağlı fikirlərini bölüşüb: "Uşaqların rəqibdən çəkinməmələrini istəmişdik. İlk hissədə buna nail olduq. Amma çatışmayan cəhətlərimiz var. Bunların üzərində işləyəcəyik. İkinci hissənin əvvəlində yaratdığımız qol epizodundan istifadə edə bilsəydik, oyun bəlkə də fərqli motivasiyada keçəcəkdi. 
 
40 yaşlı mütəxəssis futbolçularının mübarizədən çəkinmədiyini vurğulayıb: "Hər oyundan-oyuna qazandıqlarımız var. "Qarabağ"ın Avropa Liqasında oynayan heyətinə qarşı çıxış etdik. Rəqibin gücü bəllidir. Deməzdim ki, bizim uşaqlar çəkindilər, qorxdular. Futbolçuda xoşuma gəlməyən cəhət qorxaqlıqdır. Uşaqlar birinci hissədə istədiyim mübarizəni apardılar".







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31