1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

"Turan Tovuz"un qapıçısı Premyer Liqanın tarixinə düşdü

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının ilk 5 turunda qol buraxmayıb.

Futbelxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Kurban Berdıyevin yetirmələri yalnız “Neftçi” ilə matçda xal itirib – 0:0. Qərblilər ardınca “Sumqayıt”, “Qarabağ” və “Səbail”i bir, “Kəpəz”i üç cavabsız qolla məğlub edib.

Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir komanda ilk 5 matçında qol buraxmayıb. Buna ilk dəfə 1993/94 mövsümündə Bakı “İnşaatçı”sı nail olub. “Xəzri” 1995/96, “Dinamo” (sonrakı “Bakı”) 1998/99 mövsümündə bunu bacarıb. Yalnız bir komanda – “Xəzər Lənkəran” startda iki belə seriyaya imza atıb: 2007/08 və 2010/11 mövsümlərində.

“Turan Tovuz”dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda “Qəbələ” olub. 2016/17 mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legioner qapıçı kimi tarixə düşüb. “Turan Tovuz” tarixə 7-ci seriyanın müəllifi kimi düşübsə, İvan Konovalov Bezotosnıdan sonra bunu gerçəkləşdirən ikinci əcnəbi qolkiper olub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30