Ölkə futbolu
“Araz-Naxçıvan”ın qapıçısı: “Bəlkə də mən düzgün addım atmadım”
“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın Futbolxeber.az saytına müsahibəsi
- “Neftçi” ilə görüşdə sonda qələbəni əldən verdiniz. 1:1 hesablı görüş barədə nə deyə bilərsiniz?
- Çox təəssüf ki, son dəqiqələrdə qələbəni əldən verdik. Halbuki 3 xal qazanmağa çox yaxın idik. Amma bu, futboldur. İndi irəliyə baxmalı, artıq növbəti oyunları düşünməliyik.
- Rəqib fərqlənməmişdən öncə topu auta çıxardınız. Halbuki rəqib futbolçu artıq ayağa qalxmışdı. Həmin epizodu necə şərh edərdiniz?
- Futbolda belə hallar olur. Bəlkə də mən düzgün addım atmadım. Belə epizodlarda daha diqqətli olmaq lazımdır. Qarşıdakı oyunlarda qalib gəlməklə bu xal itkisini unutdurmalıyıq.
- Sözlərinizdən belə başa düşdüm ki, vurulan qola görə “Neftçi”ni günahlandırmırsınız...
- Hər insanın seçim ixtiyarı var. Onların da seçimi belə oldu. Mən bunu müzakirə etmək istəmirəm. Meydanda soyuq başla düşünmək lazımdır.
- Meydanı tərk edərkən “Neftçi”nin qolunu vuran Ramil Şeydayevlə aranızda hər hansı dialoq oldu?
- Xeyr, heç kimlə dialoq aparmadım. Dediyim kimi, kimisə günahlandırmaq fikrində deyiləm.
- Zamanı geri qaytarmaq mümkün olsaydı, yenə də o epizodda topu auta çıxarardınız?
- Həmin vaxtı “Neftçi” uduzurdu. Onları anlamağa çalışıram. Mən diqqətli olmalı, sonadək konsentrasiyamı itirməməli idim.
- 3 oyun və 4 xal. Bu nəticənin “Araz-Naxçıvan” üçün qənaətbəxş saymaq olar?
- Deməzdim ki, bu nəticə çox pisdir. Sadəcə nəzərə almaq lazımdır ki, hələ mövsümün əvvəlidir. Biz daha da irəli getməliyik. Daha çox qələbələr qazanmalı, xal ehtiyatımızı artırmalıyıq.
- Növbəti turda səfərdə “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Səfərdə oynayacağıq. Elə alındı ki, bu, bizim cari mövsümdəki ilk səfər matçımız olacaq. Ciddi hazırlaşacağıq. Məşqçilər korpusu da bizə lazımi məlumatları verəcək. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- Metyu: “Azarkeşlər rahat olsunlar, “Qarabağ”a qarşı bacardığımızın ən yaxşısını edəcəyik”
- Cenk Sümer: “Azarkeşlərimiz rahat olsunlar, “Neftçi”də hamı işinə ciddi yanaşır”
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- Azər Bağırovdan qələbə şərhi
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- “Neftçi” “Qəbələ” önünə ciddi itki ilə çıxır
- İmad Faraj: “Bu, sizin fikrinizdir, mən son matçlarda yaxşı oynamışam”
-
12:47
Fərid Nəbiyev üçün yubiley
-
12:28
"Çelsi" Bakıda oyun öncəsi məşqə çıxmayacaq
-
12:15
I Liqada hakim təyinatları açıqlandı
-
11:52
“Araz-Naxçıvan”ın 1/8 final üçün yer aldığı səbət müəyyənləşdi
-
11:39
Abubakar son 6 ilin ilkinə imza atdı
-
11:23
“Neftçi”dən Azərbaycan çempionatları tarixində yeni rekord
-
11:00
Roi Kehat: “Bu qələbə bizim üçün çox vacib idi”
-
10:46
"Qarabağ"ın 350-ci quruhesablı qələbəsi
-
10:17
"Mançester Siti" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:54
Samir Abasovu niyə qınayırsınız ki...
-
09:31
İstanbul derbisini "Fənərbaxça" qazandı VİDEO
-
21:32
“Sumqayıt” - “Araz Naxçıvan” matçında 5 qol VİDEO
-
21:17
Saşa İliç qələbəni şərh etdi
-
20:45
Elmar Baxşıyev: “Çempionat hamı üçün ağırdır”
-
20:24
“Turan Tovuz” və “Sumqayıt”dan qələbə
-
19:08
"Turan Tovuz"dan əzmkar qələbə VİDEO
-
18:51
Berdıyev: “Qələbəyə layiq idik”
-
18:39
“Məşqçilər etiraz edir ki, Ayxanın mətbuat konfransı çox çəkir”
-
14:46
Əliyar Ağayev “Slaviya” - “Arsenal” oyununa təyinat aldı
-
14:13
Voleybol millimizin İslamiada üçün heyəti müəyyənləşi
-
13:57
Bakıda V "Qələbə qaçışı" təşkil edilib
-
13:32
"Qalatasaray" - "Trabzonspor" matçında heç-heçə VİDEO
-
13:00
"Qarabağ"ın rəqibi itki ilə üzləşdi
-
12:45
"Atletiko" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:18
“Neftçi”nin yarımmüdafiəçisi: “Əlimizdən gələni edəcəyik ki, “Qarabağ”a qalib gələk”
-
11:54
PSJ 90+4-də sevindi VİDEO
-
11:21
"Bavariya" "Bayer"ə şans tanımadı VİDEO
-
11:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Arsenal"dan ardıcıl 5-ci qələbə VİDEO
-
10:42
Azərbaycan Velosiped İdmanı Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib FOTOLENT
-
10:27
"Mançester Yunayted"dən heç-heçə VİDEO
-
10:13
161 gün sonra yenidən Tovuzda
-
09:52
"Real"dan darmadağın VİDEO
-
09:35
“Din mövzusuna toxunmağım doğru deyildi”
-
09:20
"Çelsi" Bakıya qələbə ilə gəlir VİDEO
-
22:00
Azərbaycan cüdoçusundan növbəti qızıl medal
-
21:27
"Neftçi"dən 5 qollu qələbə VİDEO
-
20:32
“Lans”ın yetirməsi “Sumqayıt”da
-
20:15
“Araz Naxçıvan” üçün həlledici oyun
-
19:59
Samir Abasov: "Qələbə elə şeydir ki, çox şeyə göz yumursan"
-
19:43
Azər Bağırov: “Verdikləri qərarların hamısı onlara yedizdiriləcək”
-
19:00
"Neftçi"dən darmadağın, "Zirə"dən əzmkar qələbə
-
18:36
"Zirə" Şamaxıda geridönüş etdi VİDEO
-
17:28
Azər Həşimov: “Mən heç vaxt futbolçunun kölgəsində qalan biri deyiləm”
-
17:15
“Belə də davam etməliyik”
-
15:57
Remzi “Pumas”dan ayrılıb
-
14:41
İslam Həmrəyliyi Oyunları: Voleybol millimizin matçlarının təqvimi açıqlanıb
-
14:00
Muxtar Babayev: “Azərbaycanda dağ və dırmanma idmanının inkişafı üçün əlimizdən gələni edirik”
-
13:24
“Neftçi” “Kəpəz”lə oyuna xüsusi forma ilə çıxacaq
-
12:33
Millimizin müdafiəçisi matçın qəhrəmanı oldu - 1 qol, 1 məhsuldar ötürmə
03.11.2025
02.11.2025
01.11.2025























