Ölkə futbolu
Rəşad Sadıqovdan qələbə şərhi
"Futbolçularımı təbrik etmək istəyirəm. İlk növbədə bu oyuna hazırlaşdıqları üçün. Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər futbolçular oyuna çox yaxşı köklənmişdilər. Bu da mənim üçün çox önəmlidir. Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan bir qol da vurub qalib gəldik. Sezona başlamaq həmişə çətindir. Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının ilk turunda “Səbail”ə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Daha sonra o, jurnalistlərin suallarını da cavablandırıb:
- "Osiyek"i nə dərəcədə incələyə bilmisiz?
- Yaxşı komandadır. Əvvəl daha çox topla oynayırdılar. İtaliyalı məşqçinin gəlişindən sonra həm toplu, həm də topsuz olaraq yaxşıdırlar. Aqressivdilər. Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odur ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdır. Öz hədəflərimiz var. Düşünürəm ki, iki maraqlı oyunun şahidi olacağıq. Rafael Utsiq zədələnib. Tiaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardır. "Osiyek"ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək.
- Papunaşvilinin transferinin gec baş tutması nə ilə bağlıdır?
- Bəli, mövsümün əvvəlindən marağımız var idi. Sadəcə klubla futbolçu arasında müəyyən detallarda razılıq yox idi. Bir həftə əvvəl razılıq əldə olundu. Məyus edən tərəf odur ki, ayyarım zədəsini müalicə edib, sonra isə fitnes məşqləri edib. Dörd aydır kollektivdən uzaqdır. Bəlkə də, formasını 2 aya bərpa edəcək.
- Uğurlu performansın davamı üçün hansı planlarınız var?
- Rəqibi bir az da təhlil edəcəyik. Oyun planı ilə bağlı məsləhətlər aparacağıq. İlk matçda uğurlu çıxış etmək çox önəmlidir. Rəqib də doğma azarkeşləri önündə sərfəli nəticə istəyəcək. Çox ciddi dəyişiklik etməyəcəyik. Bu günə qədər də maksimum çalışırdıq. Ən vacibi bu dəqiqə konsentrasiyanı qorumaqdır.
- Klublarımızın avrokuboklarda üçüncü mərhələyə çıxması çempionatın səviyyəsi ilə bağlıdır, yoxsa büdcələrin yüksəlməsi?
- Futbolçu keyfiyyəti olaraq, bütün komandalarımız eyni keyfiyyətdədirlər. Bizdə büdcə artması baş verməyib, yerində qalıb. Eyni büdcə ilə işləyirik. Düşünürəm ki, büdcə ilə bağlı deyil. Keçən il çempionatın maraqlı və gərgin keçməsi komandaların keyfiyyətini qaldırdı. Bu tip oyunlarda faydalı olur. İstəyərdik ki, növbəti mərhələyə hamımız keçək. Bütün komandalar uğurlar arzulayıram.
- İssa Cibrilladakı perfromans artımını nə ilə əlaqələndirisiz? Sanki Donald Geryenin "Qarabağ"a gəldiyi ilk günləri xatırladır...
- Tez-tez zədələnirdi. Bu mövsüm daha məsuliyyətli yanışır işinə. Bəhrəsini də görür. Donald Gerye ilə müqayisə etdiz. Bizim əsas sol cinah müdafiəçimiz Cibrilla olmayacaq. Sağdan da hücumameyilli oynayır. Avrokuboklarda sol müdafiəçi kimi yoxlayırıq. Məqsəd və Fuad da daha çox bu mövqedə oynayırlar. Avrokuboklarla bağlı planımız budur. Məqsədin də performansından çox razıyam. Fuad da o mövqedə yaxşı oynayıb. Sevindirici haldır ki, futbolçularda universallıq var. Belə olduqda, məşqçi üçün manevr imkanları asan olur.
- "Səbail"dən hamı ilə görüşdüz, Kərim Diniyevlə görüşmədiz. Səbəb nə idi, probleminiz var?
- Nə problemim ola bilər. Futbolçu vaxtında ən çox hörmət etdiyim futbolçulardan idi. Bir çox futbolçularla yaxınlıq edirik. Kərim 4-5 futbolçudan biridir ki, hər məşqçinin məhəbbəti və hörməti olar. Görüşməmişəmsə də, xartırlamıram. Bir-bir hamı ilə görüşdüm.
- Roman Qriqorçukun "Neftçi"si, Kurban Berdıyevin "Turan Tovuz"u haqda təəssüratınız necədir?
- Oyunu izləyə bilməmişəm. Havalar çox isti keçir. Oyunun icmalını izlədim. Dünən necə oynayıblar bilmirəm. İki təcrübəli, böyük məşqçi çempionatımıza gəlib. Belə insanların gəlişinə çox sevinirəm. Öz komandalarına oyunlarını, ustalıqlarını yansıdacaqlar. Bu mövsüm çempionat keçənilkidən də çətin olacaq.
- Yerli bazardan transferlər edirsiz. Təsadüfdür?
- Təsadüfən elə alındı. Başqa ölkələrdən də transferlərimiz olur.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- Koxalski Qubada meydana niyə çıxmayıb: zədə, yoxsa..?
- Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”
- Yuri Vernidubdan qələbə şərhi
- "Araz-Naxçıvan" braziliyalını transfer etdi
- "Qarabağ" və "Neftçi"dən qələbə
- Edvin Kuç: “Kəpəz”i udaq, “Qarabağ”ı sonra düşünərik”
- “Kəpəz”ə də qalib gəlsək, “Neftçi” avrokuboklar uğrunda mübarizəyə qoşulacaq”
- İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...
- Koxalskidən gözlənilməz qərar: "Qarabağ"dan getmək istədi
- İmad Faraj: “Oyunun tarixinin fərqi yoxdur, “Qarabağ”a qalib gəlmək istəyirik”
- Qurban Qurbanov: “Bu gün xarakter önəmli idi”
- Berdıyev 4 oyunluq cəzalandı
-
17:04
Ramiz Məmmədovun cəzası yüngülləşdirildi
-
16:51
AFFA "Sabah"ın müraciətini təmin etməyib
-
16:29
Berdıyevin cəzası azaldıldı
-
16:12
"FIFA Series - 2026"nın Azərbaycandakı oyunlarına bilet satışı başlayıb
-
15:48
İtaliya klubunun yeni baş məşqçi müəyyənləşdi
-
15:30
Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb
-
14:55
"Şəmkir"ə texniki məğlubiyyət verildi
-
14:23
AFFA “Neftçi”ni 23 min manat cərimələdi
-
14:17
Ədalət bərpa olundu: “Sabah”ın qeyri-etik jest edən məşqçisi 7 oyunluq cəzalandı
-
13:31
"Tottenhem"dən antirekord
-
12:49
"Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
-
12:06
Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstana yola düşüblər
-
11:24
Santuşla əlimiz bala batdı, qaldı Rui Jorge?..
-
10:58
"Bavariya" "Atalanta"nı darmadağın etdi VİDEO
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:15
"Qalatasaray" "Liverpul"u məğlub etdi VİDEO
-
10:00
Joni Montiel: “Biz də “Qarabağ”ıq, son tura qədər döyüşəcəyik”
-
19:08
Azərbaycan parapauerliftinqçilərindən 12 medal
-
18:21
"Turan Tovuz" “Azərsun Arena”dan da Sumqayıta “köçdü”
-
17:57
“Qarabağ”ın hücumçusu Kolumbiya millisinə dəvət aldı
-
17:36
Millimizdə portuqaliyalı baş məşqçi
-
17:14
“Sumqayıt”ın legioneri “Talant qrupu”nun dərslərində iştirak edib FOTOLENT
-
16:49
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
-
16:23
AFFA I Liqa klubunu 6510 manat cərimələdi
-
15:32
I Liqada hakim təyinatları açıqlandı
-
14:55
Azərbaycan Premyer Liqasında mövsümün ən böyükhesablı qələbəsi
-
14:18
Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək
-
14:00
Ehtiram Quliyev: “Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik”
-
13:41
Tanınmış güləşçilər Xırdalanda şagirdlərlə görüş keçirib
-
13:27
Zöhrab Gözəlbəyli yeni təyinat alıb
-
12:56
“Sumqayıt”ın dərdi nədir? - QEYD
-
12:39
"Turan Tovuz"un qapıçısından əla göstərici
-
12:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:00
İmad Faraj: “İlk hissədə qol vursaydıq...”
-
11:48
Leandro Andrade 70-ci oldu
-
11:25
"Araz-Naxçıvan"ın 20-ci böyükhesablı məğlubiyyəti
-
11:04
"Turan Tovuz" üçün əlamətdar qələbə
-
10:51
Zamiq oynadı, komandası qalib gəldi
-
10:32
Qazaxıstan klubunun baş məşqçisi təcrübə keçmək üçün Qurban Qurbanovun yanına gəldi
-
10:17
“Trabzonspor” 3 xalı 3 qolla qazandı VİDEO
-
10:00
“Berdıyev qısa danışsa da, hər zaman qələbə üçün lazım olan sözləri tapır”
-
09:46
"Latsio" sonda sevindi VİDEO
-
23:51
Klub rəsmisindən AFFA-ya cavab: “Bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz”
-
23:22
"Turan Tovuz" 3 xalı tək qolla qazandı VİDEO
-
23:16
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
-
22:49
Kurban Berdıyevdən qələbə şərhi
-
22:35
Berdıyev Vernidubun məğlubiyyətsiz oyunlar seriyasına son qoydu
-
22:27
"Zirə" xal itirdi, "Neftçi" "Turan Tovuz"a uduzdu
-
22:00
"Zirə" vacib 2 xal itirdi VİDEO
-
21:14
Azər Bağırov: “Biz iki xal itirdik”
11.03.2026
10.03.2026
09.03.2026























