19 Avqust 2019, Bazar ertəsi
"Səbail" "Zirə"yə qalib gəldi
Şeydayev derbidə 90 dəqiqə oynadı
“Qəbələ” “Sumqayıt”a məğlub oldu
Rüfət Dadaşov milliyə dəvət aldı

Ölkə futbolu

Foqts: "O, hörmətsizlik edir"

Estoniya millisini qələbə münasibətilə təbrik edirəm. Görünür qələbə istəkləri daha çox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis Tallinndə Estoniya yığması ilə keçirilən qarşılaşma haqda fikirlərini açıqlayıb. Foqts 1:2 hesablı məğlubiyyətin səbəblərinə toxunub: “İki səhvimizdən sonra iki qol buraxdıq. Belə oyunlara bizə çox lazımdır. Nəzərə almalıyıq ki, rəqibin futbolçuları başqa çempionatlarda oynayır. Oyundan razı qala bilmərəm. Maksim Medvedevi məcburiyyətdən dayaq yarımmüdafiəçisi kimi oynatdım. O, sağ cinah müdafiəçisi kimi daha yaxşıdır. Amma gələcək üçün sınaqdan keçirməliyik”. 
Almaniyalı mütəxəssis oyunun axarına da toxunub: “Birinci hissədə biz, ikincidə Estoniya yaxşı oynadı. Rəqib daha sürətli idi. Qələbəni rəqibə hədiyyə etdik. Pərdis Fərcad-Azadla Cihan Özkaranın sürət problemi var. Biz hamımız azərbaycanlıyıq və mentalitetimizi bilirik. Oyuna daha məsuliyyətli yanaşsaydıq, uduzmazdıq”.
Foqts “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin sözlərinə cavab vermək istəməyib: “Böyükağaya cavab verməyəcəm. Ona cavab vermək istəmirəm. Böyükağa bu sözləri deməklə Qırğızıstana qarşı hörmətsizlik edir”. 
Foqts məğlubiyyətin səbəblərindən birini də mətbuatda görür: Tarixdə ilk dəfə 9 xal yığdıq. Hamı razı idi, məndən başqa. Çünki mən 18 xal istəyirdim. İnkişaf edə bilməməkdə hardasa mətbuatın da günahı var. Buraxılan qollara baxın, kimin günahından oldu?
Hansı futbolçunun? Siz onları çox tərifləyirsiz. Belə oyunlarda rəqib uşaq səhvlərini bağışlamır. Son illər AFFA çox işlər görüb. Yeni meydançalar istifadəyə verilib. Xaricdə neçə legionerimiz var? Bədavi yaxşı futbolçudur. Onun yaxşı gələcəyi var. Gələn il Avro-2016 başlayır”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2019
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31